Hazırda biz brendin mağazasına tam məsuliyyət daşıyacaq Merçendayzer axtarırıq.
Vəzifə öhdəlikləri
- Aylıq merçendayzinq planlarının hazırlanması və mağazalarda vaxtında, standartlara uyğun tətbiqinə nəzarət etmək;
- Mağaza vitrinlərinin aylıq merçendayzinq standartlarına uyğun yenilənməsini təmin etmək;
- Məhsulların rəflərdə düzgün yerləşdirilməsinə və merçendayzinq standartlarına uyğunluğuna daim nəzarət etmək;
- İstifadə müddəti yaxınlaşan və satışı zəif olan məhsulların satışını artırmaq üçün kreativ merçendayzinq həlləri hazırlamaq və icrasını izləmək;
- Mağazalarda məhsul çeşidini, depo ehtiyatını və məhsulların mövcudluğunu mütəmadi yoxlamaq;
- Kampaniya və endirimlər üzrə vizual kommunikasiya materiallarının hazırlanmasını və mağazalarda tətbiqini təmin etmək;
- Çap materialları, aksesuarlar, mebel və digər brend elementlərinin düzgün saxlanılmasına və istifadəyə yararlı vəziyyətdə olmasına nəzarət etmək;
- Mağazalarda satış üçün nəzərdə tutulan hədiyyə və məhsul dəstlərinin hazırlanmasını təşkil etmək, dizayn və təqdimatlarını hazırlamaq;
- Yeni mağazaların açılışı və mövcud mağazaların bağlanışı zamanı brend materialları, loqo, aksesuar və digər ləvazimatlarla bağlı prosesləri koordinasiya etmək;
- Zədələnmiş və ya yararsız vəziyyətə düşmüş mebel, aksesuar və çap materialları ilə bağlı araşdırma aparmaq və rəhbərliyə məlumat vermək;
- Mağazalar üçün tələb olunan yeni mebel, aksesuar və digər materialların siyahısını hazırlamaq və sifariş prosesini koordinasiya etmək;
- Merçendayzinq ilə bağlı yaranan problemləri vaxtında müəyyən etmək, aidiyyəti şəxslərlə koordinasiya etmək və həllini nəzarətdə saxlamaq;
- Görülən işlər üzrə mütəmadi foto, yazılı hesabat və təqdimatlar hazırlamaq;
- Aylıq iş qrafikini HR Departamentinə təqdim etmək;
- Brendin məhsul çeşidi, yeni məhsullar və merçendayzinq standartları barədə daim məlumatlı olmaq və keçirilən təlimlərdə iştirak etmək.
Namizəd üçün tələblər
- Xanım namizədlər;
- Merçendayzer vəzifədə pərakəndə satış sahəsində minimum 3-5 il təcrübə (retail sahəsində çalışması üstünlükdür);
- Analitik düşüncə və rəqəmlərlə işləmə bacarığı;
- Stok, qiymət və satış idarəçiliyində praktiki təcrübə;
- Azərbaycan və rus dillərində sərbəst ünsiyyət.
İş şəraiti
- İş qrafiki: 6/1, Növbəli iş qrafiki
- Əmək haqqı: 800-900 Azn + KPİ
Maraqlanan namizədlərdən mövzu sətrində “Merçendayzer” qeyd etməklə CV Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərmələri tələb olunur.