Vəzifə haqqında:
- Müəssisənin Mərkəzi anbarına rəhbərlik edəcək, strateji düşüncəyə və əməliyyat idarəetmə bacarığına malik menecer axtarırıq.
- Bu vəzifənin məqsədi material və avadanlıqların qəbulundan buraxılışına qədər bütün anbar əməliyyatlarının təhlükəsiz, səmərəli və uçot qaydalarına uyğun təşkilini təmin etməkdir.
Əsas vəzifə və öhdəliklər:
- Mərkəzi anbarın gündəlik fəaliyyətinə rəhbərlik etmək;
- Mal-material ehtiyatlarının qəbulunu, yerləşdirilməsini, saxlanmasını və verilməsini idarə etmək;
- ERP və ya digər sistemlərdə mal hərəkətlərinin dəqiqliyini təmin etmək;
- İnventarizasiya proseslərində iştirak etmək və nəticələrin sənədləşdirilməsini təmin etmək;
- İşçi təhlükəsizliyi, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasına nəzarət etmək;
- Anbar işçilərinin iş bölgüsünü, performansını və növbəlilik sistemini idarə etmək;
- Hesabatların (gündəlik, aylıq, inventar və s.) vaxtında hazırlanmasını təmin etmək;
- Təchizat, istehsalat və maliyyə bölmələri ilə qarşılıqlı əməkdaşlıq qurmaq;
- Anbar idarəçiliyində rəqəmsallaşma və optimallaşdırma təşəbbüsləri irəli sürmək.
Namizədə dair tələblər:
- Ali təhsil – iqtisadiyyat, logistika, idarəetmə və ya mühəndislik sahələri üzrə;
- Anbar və logistika idarəçiliyi sahəsində minimum 5 il, rəhbər vəzifədə isə azı 2 il təcrübə;
- 1C, SAP və oxşar sistemlərdə işləmək bacarığı;
- Güclü təşkilatçılıq, planlaşdırma və analitik düşüncə qabiliyyəti;
- Komanda rəhbərliyi və qərarvermə bacarıqları.
Üstünlük veriləcək:
- APICS CPIM, Warehouse Management Certificate, Lean Warehousing və ya Lean Six Sigma (Yellow/Green Belt) sertifikatlarına malik namizədlərə;
- İngilis və ya rus dillərini bilən namizədlərə.
Biz təklif edirik:
- Peşəkar və təhlükəsiz iş mühiti;
- Karyera və inkişaf imkanları;
- Rəqabətqabiliyyətli əmək haqqı və sosial təminatlar.
Maraqlanan şəxslər CV-lərini subject hissəsində “Mərkəzi anbarın rəisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.