Tezliklə açılacaq bakery kafemiz üçün müəyyən ödəniş qarşılığında yerində baxış keçirəcək, mətbəx avadanlıqları ilə bağlı peşəkar məsləhət verə biləcək mütəxəssis axtarırıq.
Bizə necə biri lazımdır?
- Kafe, restoran və ya şirniyyat sahəsində mətbəx avadanlıqları üzrə dərin bilik və təcrübə sahibi
- Məkanın planlaması zamanı avadanlıq seçimi, yerləşdirilməsi və texniki uyğunluğu ilə bağlı peşəkar məsləhət verə biləcək
- Praktik yanaşmaya sahib və real ehtiyaclara uyğun tövsiyələr verən
- Texniki baxış keçirmək və planlama üçün qısa müddətli əməkdaşlığa açıq olan
İş şəraiti
- Əmək haqqı: İş məkanına baxış və konsultasiya qarşılığında razılaşdırılmış ödəniş
- Məkan: Bakı, şəhər mərkəzi
Əlaqə üçün: +994552071870
CV-lərinizi vakansiyanın adını qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.