Sahə: Kənd Təsərrüfatı
İşin təsviri:
- Texnikaların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin edir.
- Təmirə dayanmış texnikaların vaxtında təmirinin başa çatdırılması və tam istismara yararlı vəziyyətə gətirilməsi üçün tədbirlər görmək
- Təmir edilmiş texnikanın istismara buraxılmadan qabaq bütün texniki vəziyyətini əsaslı surətdə yoxlamaq və tənzimləmək, yoxlama - sınaqlar keçirmək və işə yararlığını müəyyən etmək;
- Texnikalara baxış, sınaq və profilaktik təmir işlərini təşkil edir. Görülməli işlərin texniki hazırlığını təmin edir.
- Texnikaların təmiri, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib-hazırlanmasına, təmirin həyata keçirilməsinə, smeta xərclərinin hesablanması, ehtiyat hissələrinin və materialların alınması üçün ərizələrin tərtib edilməsinə rəhbərlik edir.
- Aparılan təmir işlərinin qeydiyyatını aparmaq və hesabtlar təqdim etmək
- Mexaniki problemlərin növləri və onların yaranma səbəbləri aşkar etmək;
- Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət etməli
- Texnikaların işini yaxşılaşdıran səmərələşdirici təkliflər verir, onların tətbiqinə kömək edir.
- Sahəyə buraxılan və sahədən qayıdan texnikaların texniki vəziyyətinin yoxlanması üzrə işləri təşkil etmək;
- Əmanət edilmiş maddi, texniki vəsaitlərə və təqdim etdiyi hesabatların düzgünlüyünə cavabdehlik daşımaq;
- Təmir və texniki xidməti digər hissələri zədələmədən icra etmək və istehsalçının təmir texnologiyalarına riayət etmək;
- Texniki nasazlıqlarla sahədən qayıtma hallarında hər bir nəqliyyat vasitələrinin qeydiyyatını aparmaq, səbəbini öyrənmək və bundan sonra (gələcəkdə) oxşar hallarda xəbərdarlıq üçün tədbirlər görmək;
- Baş aqronomun sahə ilə bağlı aqro texniki tələblərini əksiksiz və nöqsansız təmin edir.
- İllik əkin-bicin planına uyğun olaraq texnikalara ehtiyac siyahını tərtib edir
- Daxili prosedurlara və nizam - intizam qaydalarına riayət etmək;
- Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında icra etmək;
Tələblər:
- 30-60 yaş həddi
- Mexanika sahəsində 3 ildən az olmayaraq iş təcrübəsi
- İdarəçilik bacarığı, məsuliyyətlilik, punktuallıq, çalışqanlıq və icraçılıq
- Komandada işləmək bacarığı
- Təzyiq altında və dəyişkən iş qrafiki ilə işləmək bacarığı
- MS Excel proqram biliyi;
- Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
- John Deer, New Holland, Belarus və Türkiyə istehsalı olan texnikaların təmiri və texniki xidmətlə bağlı mexanik işlərində təcrübəli olması üstünlükdür.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərinin mövzu yerinə “Mexanik” yazaraq Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.