İş şəraiti
- Departament - İstehsalat və Mühəndislik departamenti / İstehsalat şöbəsi
- İş qrafiki - 5 günlük iş həftəsi
- İş yeri - Bakı (gələcəkdə Sumqayıt nəzərdə tutulur)
- İş saatları - 09:00 – 18:00 (gün ərzində istirahət və nahar fasiləsi üçün 1 saat vaxt ayrılır)
Əmək haqqı
Vaxtamuzd əmək haqqı sistemi əsasında hesablanır. Göstərilən məbləğlər vergilər tutulduqdan sonrakı xalis əmək haqqıdır:
- Sınaq müddəti (3 ay): aylıq 800 AZN (net)
Sınaq müddətinin müvəffəqiyyətlə yekunlaşmasından sonra aşağıdakı vəzifələr üzrə inkişaf planı təklif olunur:
- Dərəcə I — 1 200 AZN (net)
- Dərəcə II — 1 400 AZN (net)
- Dərəcə III — 1 600 AZN (net)
Əmək müqaviləsi
- Əmək müqaviləsi 3 (üç) aylıq sınaq müddəti olmaqla 1 (bir) il müddətinə bağlanılır. Tərəflər arasında narazılıq olmadığı təqdirdə müqavilə eyni müddətə uzadılır.
Əmək funksiyaları
- Texniki rəsm və sxemlər əsasında mexaniki qovşaqların və hissələrin yığılmasını həyata keçirmək;
- Lehimləmə işlərinin icrası;
- Yığım prosesində əl və pnevmatik alətlərdən, həmçinin müvafiq quraşdırma avadanlıqlarından təlimatlara uyğun istifadə etmək;
- Yığılan hissə və qovşaqların ölçü və uyğunluğunu ölçü alətləri (ştangensirkul, mikrometr və s.) ilə yoxlamaq;
- Bağlantı elementlərinin (bolt, qayka, pərçim və s.) müəyyən edilmiş moment və standartlara uyğun sıxılmasını təmin etmək;
- İstehsal prosesində aşkar edilən qüsur və uyğunsuzluqları vaxtında bildirmək və aradan qaldırılmasında iştirak etmək;
- İş yerində alət və avadanlıqların qulluğunu aparmaq, onların işlək vəziyyətdə saxlanılmasına nəzarət etmək;
- Növbə ərzində yerinə yetirilən işlər üzrə müəyyən edilmiş formada hesabat və qeydiyyat aparmaq;
- Əmək təhlükəsizliyi, yanğın təhlükəsizliyi və sanitar-gigiyena normalarına riayət etmək;
- Rəhbərliyin tapşırığı əsasında istehsal prosesi ilə bağlı digər tapşırıqları yerinə yetirmək.
Tələblər
- Texniki təhsil (elektronika, robotexnika, mexanika, maşınqayırma və ya oxşar ixtisas üzrə üstünlük təşkil edir);
- Mexaniki yığım və ya istehsalat sahəsində iş təcrübəsi arzuolunandır (təcrübəsi olmayan namizədlər də nəzərdən keçirilir);
- Texniki rəsm və sxemləri oxumaq bacarığı;
- Ölçü alətləri ilə işləmək bacarığı;
- Lehim işləri bacarığı;
- Diqqətlilik, məsuliyyətlilik və komanda daxilində işləmək bacarığı;
- Fiziki cəhətdən aktiv iş rejiminə uyğunluq.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya əlaqə nömrəsinə göndərə bilərlər.
Telefon: 010 239 50 16