İş barədə məlumat:
- Maliyyə hesabatlarının (Balans hesabatı, Mənfəət və Zərər hesabatı) hazırlanması;
- Vergi, hesabatlarının (Mənfəət, ƏDV, ÖMV, DSMF və Statistika hesabatlarının) hazırlanması və aidiyyatı orqanlara təqdim edilməsi;
- Online Kargüzarlığa daxil olan sorğuların araşdırılması və qanunvericilik çərçivəsində təyin olunan müddətdə cavablandırılması;
- İşçilərin aylıq əmək haqlarını hesablanması və ödənilməsinin təmin edilməsi;
- Bank əməliyyatlarının həyata keçirilməsi
- Aylıq olaraq elektron qaimə və hesab fakturaların hazırlanması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarını tərtib edilməsi;
- Ödənişləri nəzarətdə saxlamaq, "internet banking" vasitəsilə hesablara nəzarət etmək və ödəmələr edilməsi;
Namizədə olan tələblər:
- Ali təhsil (Maliyyə və Mühasibatlıq sahəsində);
- Qeyd olunan sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Mühasibatlıq proqramları (1C, Excel) üzrə yüksək biliklər;
- PMS, ACCA F3 olması üstünlükdür;
- Analitik düşünmə və problem həll etmə bacarıqları;
- Komanda ilə işləmək bacarığı;
İş qrafiki:
- İş vaxtı: 09-18:00, həftədə 5 gün
Maraqlanan namizədlərdən Mühasib yazaraq Müraciət Et butonunda qeyd olunan e-mail adresinə CV göndəməkləri xahiş olunur.