Departament/Şöbə/Bölmə Maliyyə və mühasibatlıq
Şöbə rəhbəri Maliyyə direktoru
Məruzə edir/birbaşa rəhbər Maliyyə direktoru
Vəzifələr
- 1C tətbiqində əsas vəsaitlərin daxil edilməsi, yerdəyişməsi və istismara verilməsi sənədlərinin daxil edilməsi;
- Xidmət satışı ilə bağlı bütün ilkin uçot sənədlərinin, aktların, tərtibi və göndərilməsi;
- Satışla bağlı e-qaimələrin və hesab-fakturalarının yazılması və göndərilməsi;
- Satış sənədlərinin reyestrinin aparılması;
- 1C tətbiqində satış sənədlərinin daxil edilməsi
- Debitor borclarının ödənilməsini nəzarətdə saxlamq və aylıq hesabat hazırlayaraq Maliyyə Direktoruna təqdim etmək.
- Fermada nəğd satışların uçotunun və satış tərəfləri ilə üzləşmələrin aparılması;
- Avans alışlar üçün sənədlərin reyestrinin aparılması;
- İcra edilmiş avans ödəmələrinin qarşılığında nəzərdə tutulmuş iş/xidmət və ya mal-material alışlarının müqavilədə razılaşdırılmış müddətdə icra edilməsinə nəzarət etmək və bu müddətdə təhvil verilməmiş müqavilə öhdəliyi barədə aylıq hesabatın hazırlanması;
- Alış sənədlərinin qəbul edildikdən sonra yoxlanması, əlavələrinin yığılması və aidiyyatı üzrə təqdim edilməsi;
- Alış sənədlərindəki uyğunsuzluqlarla bağlı müvafiq təşkilatlarla əlaqə saxlanması;
- Daxil olan elektron-qaimə fakturaların araşdırılması;
- Statistika (əmək haqqı ilə bağlı hesabatlardan başqa) hesabatlarının təqdim edilməsi;
- Cari hesabdan silinmə (ödəmə) sənədlərinin 1C tətbiqinə daxil edilməsi
Qeyd - Xanım namizədlər
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş vaxtı: 5 günlük, istirahət günü: şənbə, bazar
- İş yeri: Bakı şəhəri
- Əmək haqqı: 1200-1400 AZN Net
- Nahar şirkət tərəfindən qarşılanır
Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Mühasib” qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.