İş yeri: Sumqayıt
Vəzifə və Öhdəlikləri:
- E-qaimələrin tərtib edilməsi və izlənməsi
- Məlumatların 1C ERP sisteminə daxil edilməsi
- Vergi və digər məcburi ödənişlərin düzgün hesablanması, vaxtında dövlət qurumlarına köçürülməsi və şəxsi vərəqələrə nəzarət
- E-Customs sistemindən YGB-lərin izlənməsi
- Müqavilə və obyekt kodlarının alınması
- Bank əməliyyatlarının icrası
- Vergi hesabatlarının hazırlanması (ƏDV, ÖMV) və kameral məktubların cavablandırılması
- Statistika hesabatlarının hazırlanıb təqdim edilməsi
- Rüblük vahid bəyannamənin təqdim edilməsi
Namizəd üçün tələblər:
- Müvafiq sahə üzrə ali təhsil (Maliyyə, Mühasibatlıq);
- İstehsalat sahəsində minimum 3 il iş təcrübəsi;
- Excel-də mükəmməl işləmə bacarığı;
- 1 C -ERP proqramında işləmək bacarığı;
- Vergi üzrə konsaltinq şirkətlərində iş təcrübəsi arzuolunandır
- ACCA və ya PMS sertifikatlarının olması üstünlükdür;
- İngilis dili üstünlükdür, rus dili arzuolunandır;
Xüsusi bacarıqlar:
- Dəqiqlik və detallara diqqət yetirə bilmə bacarığı;
- Müstəqil və komandada işləmək bacarığı;
- Düzgün analiz bacarığı;
- Analitik və tənqidi düşüncə;
İş şəraiti:
- İş qrafiki: 5/7, 08:00–17:00
- Nahar əvəzi əlavə ödəniş verilir;
- Servis;
- Ünvan-Sumqayıt şəhəri
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır
Mövzü yerinə “mühasib” yazıb Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.