Vəzifə öhdəlikləri
- Təchizatçılardan elektron və kağız qaimələrin, aktların və hesab-fakturaların qəbul edilməsi;
- İlkin maliyyə sənədlərinin düzgünlüyünün yoxlanılması və arxivləşdirilməsi;
- Təchizatçılarla üzləşmə aktlarının hazırlanması;
- Kreditor borcları üzrə gündəlik hesabatların tərtibi və 1C proqramında işlənilməsi;
- Ödənişlər üçün daxili tələblərin hazırlanması və icrasına nəzarət;
- Gündəlik kassa əməliyyatlarının aparılması və kassa hesabatlarının hazırlanması;
- Müqavilələr üzrə kreditor şərtlərinin 1C sisteminə daxil edilməsi;
- Maliyyə menecerinin verdiyi tapşırıqların icrası.
Tələblər
- Maliyyə, mühasibatlıq və ya müvafiq ixtisas üzrə ali təhsil;
- Minimum 1il uyğun sahədə iş təcrübəsi ;
- Vergi və Əmək qanunvericiliyi üzrə əsas biliklər;
- MS Office proqramlarında, xüsusilə Excel-də sərbəst işləmək bacarığı;
- 1C proqramları ilə işləmə təcrübəsi;
- Dəqiqlik, məsuliyyət və analitik düşünmə bacarığı.
Şirkət təklif edir
- 800 AZN net əməkhaqqı;
- Koroğlu metrosundan servis;
- Nahar şirkət tərəfindən təmin olunur;
- İş üçün mobil nömrə təqdim edilir;
- Stabil və uzunmüddətli iş mühiti.
İş şəraiti
- İş yeri: Aeroport şosesi (Koroğlu metrosundan servis mövcuddur)
- İş qrafiki: 5 günlük iş həftəsi, 08:00–17:00
- Əməkhaqqı: 800 AZN (net)
CV-nizi “Mühasib” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.