Mühasib

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mühasib

  • Deadline 20 Sentyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri

  • Təchizatçılardan elektron və kağız qaimələrin, aktların və hesab-fakturaların qəbul edilməsi;
  • İlkin maliyyə sənədlərinin düzgünlüyünün yoxlanılması və arxivləşdirilməsi;
  • Təchizatçılarla üzləşmə aktlarının hazırlanması;
  • Kreditor borcları üzrə gündəlik hesabatların tərtibi və 1C proqramında işlənilməsi;
  • Ödənişlər üçün daxili tələblərin hazırlanması və icrasına nəzarət;
  • Gündəlik kassa əməliyyatlarının aparılması və kassa hesabatlarının hazırlanması;
  • Müqavilələr üzrə kreditor şərtlərinin 1C sisteminə daxil edilməsi;
  • Maliyyə menecerinin verdiyi tapşırıqların icrası.

Tələblər

  • Maliyyə, mühasibatlıq və ya müvafiq ixtisas üzrə ali təhsil;
  • Minimum 1il uyğun sahədə iş təcrübəsi ;
  • Vergi və Əmək qanunvericiliyi üzrə əsas biliklər;
  • MS Office proqramlarında, xüsusilə Excel-də sərbəst işləmək bacarığı;
  • 1C  proqramları ilə işləmə təcrübəsi;
  • Dəqiqlik, məsuliyyət və analitik düşünmə bacarığı.

Şirkət təklif edir

  • 800 AZN net əməkhaqqı;
  • Koroğlu metrosundan servis;
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • İş üçün mobil nömrə təqdim edilir;
  • Stabil və uzunmüddətli iş mühiti.

İş şəraiti

  • İş yeri: Aeroport şosesi (Koroğlu metrosundan servis mövcuddur)
  • İş qrafiki: 5 günlük iş həftəsi, 08:00–17:00
  • Əməkhaqqı: 800 AZN (net)

CV-nizi “Mühasib” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

  • Daily2
  • Weekly467
  • Monthly1645