Şirkətimizin maliyyə və mühasibatlıq proseslərinin düzgün və vaxtında həyata keçirilməsini təmin edəcək, məsuliyyətli və diqqətli Mühasib axtarırıq.
Əsas vəzifə və öhdəliklər
- Gündəlik mühasibat əməliyyatlarının uçotunu aparmaq;
- İlkin mühasibat sənədlərinin düzgünlüyünü yoxlamaq və sistemə daxil etmək;
- Alış, satış, kassa və bank əməliyyatlarının uçotunu aparmaq;
- Debitor və kreditor borclarına nəzarət etmək;
- Bank ödənişləri və ödəniş sənədlərinin hazırlanmasında iştirak etmək;
- Vergi və digər məcburi hesabatların hazırlanmasına dəstək olmaq;
- Aylıq və illik maliyyə hesabatlarının hazırlanmasında iştirak etmək;
- Mühasibat sənədlərinin düzgün şəkildə arxivləşdirilməsini təmin etmək;
- Rəhbərliyin mühasibatlıqla bağlı digər tapşırıqlarını icra etmək.
Namizədə tələblər
- Mühasibatlıq və ya maliyyə sahəsində ali təhsil;
- Müvafiq sahədə iş təcrübəsi;
- 1C proqramı ilə işləmə bacarığı;
- MS Excel proqramını yaxşı səviyyədə bilmək;
- Azərbaycan Respublikasının vergi və mühasibat uçotu üzrə əsas tələbləri haqqında məlumat;
- Analitik düşüncə və rəqəmlərlə işləmə bacarığı;
- Diqqətli, məsuliyyətli və dəqiq olmaq;
- Komandada işləmək və kommunikasiya bacarığı.
İş şərtləri
- İş qrafiki: 6 günlük
- Əmək haqqı müsahibə əsasında
- Rəsmi əmək müqaviləsi;
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Mühasib” qeyd etməyiniz xahiş olunur.