Mühasib

  • Истекает 23 октябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Şirkətimizin maliyyə və mühasibatlıq proseslərinin düzgün və vaxtında həyata keçirilməsini təmin edəcək, məsuliyyətli və diqqətli Mühasib axtarırıq.

Əsas vəzifə və öhdəliklər

  • Gündəlik mühasibat əməliyyatlarının uçotunu aparmaq;
  • İlkin mühasibat sənədlərinin düzgünlüyünü yoxlamaq və sistemə daxil etmək;
  • Alış, satış, kassa və bank əməliyyatlarının uçotunu aparmaq;
  • Debitor və kreditor borclarına nəzarət etmək;
  • Bank ödənişləri və ödəniş sənədlərinin hazırlanmasında iştirak etmək;
  • Vergi və digər məcburi hesabatların hazırlanmasına dəstək olmaq;
  • Aylıq və illik maliyyə hesabatlarının hazırlanmasında iştirak etmək;
  • Mühasibat sənədlərinin düzgün şəkildə arxivləşdirilməsini təmin etmək;
  • Rəhbərliyin mühasibatlıqla bağlı digər tapşırıqlarını icra etmək.

Namizədə tələblər

  • Mühasibatlıq və ya maliyyə sahəsində ali  təhsil;
  • Müvafiq sahədə iş təcrübəsi;
  • 1C proqramı ilə işləmə bacarığı;
  • MS Excel proqramını yaxşı səviyyədə bilmək;
  • Azərbaycan Respublikasının vergi və mühasibat uçotu üzrə əsas tələbləri haqqında məlumat;
  • Analitik düşüncə və rəqəmlərlə işləmə bacarığı;
  • Diqqətli, məsuliyyətli və dəqiq olmaq;
  • Komandada işləmək və kommunikasiya bacarığı.

İş şərtləri

  • İş qrafiki: 6 günlük
  • Əmək haqqı müsahibə əsasında
  • Rəsmi əmək müqaviləsi;

Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Mühasib” qeyd etməyiniz xahiş olunur.

  • Daily118
  • Weekly388
  • Monthly2102