Mühasib

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mühasib

  • Deadline 10 December 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Fəaliyyət sahəsi: Avtomobil idxalı və satışı

İş yeri: Bakı şəhəri

İş rejimi: Tam ştat

Xaricdən avtomobillərin idxalı və satışı sahəsində fəaliyyət göstərən şirkətimizə gömrük əməliyyatları, ƏDV əvəzləşdirilməsi və vergi uçotu üzrə praktiki təcrübəyə malik mühasib tələb olunur.

Şirkətimiz əsasən Çin və Dubay (BƏƏ) bazarlarından avtomobillərin sifariş əsasında idxalını və satışını həyata keçirir.

Vəzifə öhdəlikləri

  • Şirkətin gündəlik mühasibat və vergi uçotunun aparılması;
  • İdxal olunan avtomobillər üzrə gömrük bəyannamələrinin və ödəniş sənədlərinin uçotu;
  • İdxal zamanı ödənilən ƏDV məbləğlərinin əvəzləşdirilməsi prosesinin həyata keçirilməsi;
  • Gömrük ƏDV-si üzrə sənədlərin yoxlanılması və müvafiq vergi hesabatlarında düzgün əks etdirilməsi;
  • Elektron qaimə-fakturaların hazırlanması və idarə edilməsi;
  • Vergi, DSMF və digər məcburi hesabatların hazırlanması və təqdim edilməsi;
  • Bank əməliyyatları, xarici köçürmələr və təchizatçılarla hesablaşmaların uçotu;
  • Debitor və kreditor borclarının izlənilməsi;
  • Vergi və gömrük orqanları ilə mühasibat məsələləri üzrə yazışmaların aparılması;
  • Rəhbərliyə mütəmadi maliyyə hesabatlarının təqdim edilməsi.

Namizədə tələblər

  • Mühasibatlıq və vergi uçotu üzrə minimum 3 il iş təcrübəsi;
  • Gömrük ƏDV-sinin əvəzləşdirilməsi üzrə real praktiki təcrübə — mütləqdir;
  • İdxal əməliyyatlarının mühasibat uçotunu sərbəst aparmaq bacarığı;
  • Azərbaycan Respublikasının vergi və gömrük qanunvericiliyi üzrə biliklər;
  • 1C, Excel, e-taxes və elektron gömrük sistemləri ilə işləmək bacarığı;
  • Xarici valyuta əməliyyatları və bank köçürmələri üzrə biliklər;
  • Dəqiqlik, məsuliyyətlilik və müstəqil işləmək bacarığı.
  • Avtomobil idxalı sahəsində mühasib kimi iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək.

İş şəraiti

  • Rəsmi əmək müqaviləsi;
  • Əməkhaqqı namizədin bilik və təcrübəsinə əsasən müəyyən ediləcək;
  • Stabil və uzunmüddətli əməkdaşlıq imkanı;
  • Peşəkar iş mühiti.

Müraciət üçün - WhatsApp: +994 10 310 05 06

CV göndərərkən “Mühasib” qeyd etməyiniz xahiş olunur.

  • Daily28
  • Weekly37
  • Monthly621