İş şəraiti
- Fəaliyyət sahəsi: Topdansatış və ticarət
- İş yeri: Bakı şəhəri
- Əməkhaqqı: 1 300 – 1 500 AZN
Vəzifə öhdəlikləri
- Şirkətin mühasibat və vergi uçotunun qüvvədə olan qanunvericiliyə uyğun aparılması;
- Alış və satış əməliyyatlarının uçotu, elektron qaimə-fakturaların hazırlanması və yoxlanılması;
- Vergi, DSMF, statistika və digər məcburi hesabatların hazırlanması və təqdim edilməsi;
- Bank əməliyyatlarının, köçürmələrin və ödənişlərin həyata keçirilməsi;
- Debitor və kreditor borclarının uçotu, üzləşmə aktlarının hazırlanması;
- Anbar və mal-material ehtiyatlarının uçotuna nəzarət;
- Əməkhaqqının hesablanması və müvafiq hesabatların hazırlanması;
- Rəhbərlik üçün maliyyə, satış, alış və digər analitik hesabatların hazırlanması;
- Zərurət yarandıqda xüsusi hesablamaların və maliyyə təhlillərinin aparılması.
Namizədə tələblər
- Maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
- Mühasibatlıq sahəsində minimum 3 il praktiki iş təcrübəsi;
- Azərbaycan Respublikasının vergi qanunvericiliyi və mühasibat uçotu üzrə yaxşı biliklər;
- Vergi və digər rəsmi hesabatları müstəqil hazırlamaq və təqdim etmək bacarığı;
- Microsoft Excel proqramını yaxşı səviyyədə bilmək;
- Güclü riyazi və analitik düşünmə qabiliyyəti;
- Məlumatları təhlil etmək, məntiqi nəticələr çıxarmaq və problemləri müstəqil həll etmək bacarığı;
- Dəqiqlik, məsuliyyətlilik və işə sistemli yanaşma.
Üstünlük veriləcək namizədlər
- Universitetə qəbul və akademik təhsil müddətində yüksək nəticələr əldə etmiş namizədlər;
- Ticarət və topdansatış şirkətlərində mühasibatlıq təcrübəsi olanlar;
- Excel proqramında mürəkkəb hesabatlar hazırlamaq və böyük məlumat bazaları ilə işləmək bacarığı olanlar;
- Yeni proqramları və iş proseslərini sürətlə mənimsəyənlər.
Biz nə təklif edirik?
- Stabil və inkişaf perspektivi olan iş mühiti;
- Peşəkar inkişaf və daha böyük məsuliyyətlər götürmək imkanı;
- Bilik, bacarıq və iş nəticələrinə uyğun əməkhaqqı;
- Rəhbərliklə birbaşa işləmək və şirkətin maliyyə proseslərinin qurulmasında iştirak etmək imkanı.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.