Mühasib

  • Deadline 11 December 2026

İş şəraiti

  • Fəaliyyət sahəsi: Topdansatış və ticarət
  • İş yeri: Bakı şəhəri
  • Əməkhaqqı: 1 300 – 1 500 AZN

Vəzifə öhdəlikləri

  • Şirkətin mühasibat və vergi uçotunun qüvvədə olan qanunvericiliyə uyğun aparılması;
  • Alış və satış əməliyyatlarının uçotu, elektron qaimə-fakturaların hazırlanması və yoxlanılması;
  • Vergi, DSMF, statistika və digər məcburi hesabatların hazırlanması və təqdim edilməsi;
  • Bank əməliyyatlarının, köçürmələrin və ödənişlərin həyata keçirilməsi;
  • Debitor və kreditor borclarının uçotu, üzləşmə aktlarının hazırlanması;
  • Anbar və mal-material ehtiyatlarının uçotuna nəzarət;
  • Əməkhaqqının hesablanması və müvafiq hesabatların hazırlanması;
  • Rəhbərlik üçün maliyyə, satış, alış və digər analitik hesabatların hazırlanması;
  • Zərurət yarandıqda xüsusi hesablamaların və maliyyə təhlillərinin aparılması.

Namizədə tələblər

  • Maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Mühasibatlıq sahəsində minimum 3 il praktiki iş təcrübəsi;
  • Azərbaycan Respublikasının vergi qanunvericiliyi və mühasibat uçotu üzrə yaxşı biliklər;
  • Vergi və digər rəsmi hesabatları müstəqil hazırlamaq və təqdim etmək bacarığı;
  • Microsoft Excel proqramını yaxşı səviyyədə bilmək;
  • Güclü riyazi və analitik düşünmə qabiliyyəti;
  • Məlumatları təhlil etmək, məntiqi nəticələr çıxarmaq və problemləri müstəqil həll etmək bacarığı;
  • Dəqiqlik, məsuliyyətlilik və işə sistemli yanaşma.

Üstünlük veriləcək namizədlər

  • Universitetə qəbul və akademik təhsil müddətində yüksək nəticələr əldə etmiş namizədlər;
  • Ticarət və topdansatış şirkətlərində mühasibatlıq təcrübəsi olanlar;
  • Excel proqramında mürəkkəb hesabatlar hazırlamaq və böyük məlumat bazaları ilə işləmək bacarığı olanlar;
  • Yeni proqramları və iş proseslərini sürətlə mənimsəyənlər.

Biz nə təklif edirik?

  • Stabil və inkişaf perspektivi olan iş mühiti;
  • Peşəkar inkişaf və daha böyük məsuliyyətlər götürmək imkanı;
  • Bilik, bacarıq və iş nəticələrinə uyğun əməkhaqqı;
  • Rəhbərliklə birbaşa işləmək və şirkətin maliyyə proseslərinin qurulmasında iştirak etmək imkanı.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily120
  • Weekly158
  • Monthly742