C Company
  • 1.3K

Company

Other

Mühasib

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Mühasib

  • Истекает 23 январь 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə öhdəlikləri:

  • Bütün muhasibatlıq əməliyyatları üzrə daxili və xarici mal, iş və xidmətlərin alışı, satışı və silinməsi işlərinin icrası, 
  • Əmək haqqı və Əmək haqqına bərabər tutulan bütün ödənişlərin  hesablanması, ödənilməsi, eyni zamanda  DSMF və 1 əmək statistika hesabatının verilməsi.
  • Əsas vəsaitlərin uçotu. Amortizasiya və təmir xərclərini hesablanması. Təmir xərclərinin qüsur quraşdırma aktı ilə silinməsi və normadan artıq təmir xərclərinin kapitallaşdırılmasının uçota alınması.
  • İnternet banking vasitəsi ilə bütün bank əməliyyatlarının icrası və 1c proqramında işlənilməsi.
  • Nağdsız hesablaşmalar haqqında qanun tələbinə uyğun olaraq kassa əməliyyatlarının icrası.
  • İstehsalın uçotu (istehsal məhsulunun spesfikasiyalarının hazırlanması, hazır məhsul anbarına nəzarət).
  • Tikinti layihələri üzrə material və sair xərclərin texniki uçot və F2-lər üzrə silinməsi. 
  • Yuxarıda sadalanan bütün mühasibatlıq əməliyyatlarının müvafiq sənəd proseduru və kargüzarlığın icrası eyni zamanda əməliyyatların 1C proqramında işlənilməsi.
  • DSMF, ÖMV, Sadələşmiş, Əmlak, Torpaq və ƏDV vergi bəyannamələrinin vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq hazırlanması və vaxtında aidiyyatı quruma göndərilməsi, eyni zamanda Gəlir və Mənfəət vergi bəyannamələrin hazırlanmasına baş mühasibin tapşırıqları əsasında dəstək olmaq. 
  • Alış və Satış qaimələrinin 1C proqramında işlənilməsi, qaimə üzrə gələn mal-material, əsas vəsait, ehtiyat hissələrinin anbarlar düzgün yerləşdirilməsi

Tələblər:

  • Təhsil: Ali  təhsil (Mühasibat, Maliyyə, İqtisadiyyat üzrə olması arzu olunandır)
  • Tələblər: Bu sahədə ən azı 2 il iş təcrübəsi
  • 1C 8.3 proqramında sərbəst işləmək təcrübəsi
  • Vergi, əmək qanunvericilikləri üzrə biliklərə sahib olmalı
  • Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti

İş qrafiki: 

  • Həftə içi 6 gün,  Bazar istirahət günü 
  • Əmək haqqı bilik və bacarıqlardan asılı olaraq 1200-1500 AZN

Vakansiyaya müraciət üçün CV-nizi “Mühasib” mövzusu ilə qeyd edilmiş elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

  • Daily0
  • Weekly178
  • Monthly1831