Vəzifə öhdəlikləri:
- Bütün muhasibatlıq əməliyyatları üzrə daxili və xarici mal, iş və xidmətlərin alışı, satışı və silinməsi işlərinin icrası,
- Əmək haqqı və Əmək haqqına bərabər tutulan bütün ödənişlərin hesablanması, ödənilməsi, eyni zamanda DSMF və 1 əmək statistika hesabatının verilməsi.
- Əsas vəsaitlərin uçotu. Amortizasiya və təmir xərclərini hesablanması. Təmir xərclərinin qüsur quraşdırma aktı ilə silinməsi və normadan artıq təmir xərclərinin kapitallaşdırılmasının uçota alınması.
- İnternet banking vasitəsi ilə bütün bank əməliyyatlarının icrası və 1c proqramında işlənilməsi.
- Nağdsız hesablaşmalar haqqında qanun tələbinə uyğun olaraq kassa əməliyyatlarının icrası.
- İstehsalın uçotu (istehsal məhsulunun spesfikasiyalarının hazırlanması, hazır məhsul anbarına nəzarət).
- Tikinti layihələri üzrə material və sair xərclərin texniki uçot və F2-lər üzrə silinməsi.
- Yuxarıda sadalanan bütün mühasibatlıq əməliyyatlarının müvafiq sənəd proseduru və kargüzarlığın icrası eyni zamanda əməliyyatların 1C proqramında işlənilməsi.
- DSMF, ÖMV, Sadələşmiş, Əmlak, Torpaq və ƏDV vergi bəyannamələrinin vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq hazırlanması və vaxtında aidiyyatı quruma göndərilməsi, eyni zamanda Gəlir və Mənfəət vergi bəyannamələrin hazırlanmasına baş mühasibin tapşırıqları əsasında dəstək olmaq.
- Alış və Satış qaimələrinin 1C proqramında işlənilməsi, qaimə üzrə gələn mal-material, əsas vəsait, ehtiyat hissələrinin anbarlar düzgün yerləşdirilməsi
Tələblər:
- Təhsil: Ali təhsil (Mühasibat, Maliyyə, İqtisadiyyat üzrə olması arzu olunandır)
- Tələblər: Bu sahədə ən azı 2 il iş təcrübəsi
- 1C 8.3 proqramında sərbəst işləmək təcrübəsi
- Vergi, əmək qanunvericilikləri üzrə biliklərə sahib olmalı
- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti
İş qrafiki:
- Həftə içi 6 gün, Bazar istirahət günü
- Əmək haqqı bilik və bacarıqlardan asılı olaraq 1200-1500 AZN
Vakansiyaya müraciət üçün CV-nizi “Mühasib” mövzusu ilə qeyd edilmiş elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.