Vəzifə öhdəlikləri:
- Mühasibat və vergi uçotu üzrə ilkin sənədləşmələrin (kassa mədaxil və məxaric orderlərinin, təhvil-təslim aktlarının, alqı-satqı və borc müqavilələrinin, razılaşma protokollarının, ödəniş tapşırıqlarının, üzləşmə aktlarının yazılması) təşkili;
- Online kargüzarlıq sistemində işləmə bacarığı;
- Gündəlik edilən cari əməliyyatların 1C proqramına daxil edilməsi (Kassa əməliyyatları, bank əməliyyatları);
- Malların yerdəyişməsi, silinməsi, daxil edilməsi;
- Yeni hesablar planı üzrə işləmək bacarığı.
Namizədə tələblər
- Ali təhsilli (iqtisadiyyat/maliyyə üzrə olması arzuolunandır);
- Mühasib sahəsində minimum 1-3 il iş təcrübəsi;
- Məhsulların kalkulyasiyası barədə məlumatı olmalı;
- 1C, MS Office - yüksək səviyyədə;
- Yaş həddi: 23-45;
- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti olmalı.
İş qrafiki:
- Həftə içi 6 gün saat 09:00-18:00 6-cı gün növbəli (09:00-14:00);
- Əmək haqqı:müsahibə əsasında təyin olunur;
- İş yeri: Bakı şəh., Nəsimi ray.,
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində "Mühasib köməkçisi” qeyd etməklə Müraciət et butonunda qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.