Vəzifə öhdəlikləri:
- E-Taxes (Elektron Vergi Sistemi) sistemində işləmə bacarığı, elektron qaimələrin tərtib olunması, ləğvi və düzəlişi əməliyyatlarının icrası;
- Gün ərzində aparılan pul əməliyyatlarına nəzarət edilməsi;
- Müştərilər tərəfindən ödənilən pul vəsaitlərinin qəbul edilməsi;
- Ödənilən vəsaitlərin yoxlanılması və tələb olunan qaydada əməliyyatın həyata keçirilməsi;
- Gündəlik satış məbləğini və ödənişləri əks etdirən sənədlərin tərtib edilməsi;
- Kassadan keçən bütün pul vəsaitlərinin, sənədlərin nəzarətdə saxlanılması və hesabatının aparılması.
Tələblər:
- Ali təhsilli mütləq iqtisadiyyat/maliyyə üzrə olması şərtdir;
- Mühasib köməkçisi sahəsində minimum 1-2 il iş təcrübəsi;
- 1C Program biliyi və işləmə bacarığı;
- Yaş həddi: 23-30.
İş qrafiki:
- Həftə içi 5 gün saat 09:00-18:00;
- Əmək haqqı Bilik və bacarığa əsasən təyin olunacaq;
- İş yeri: Bakı, Nəsimi ray.,
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində "Mühasib-Xəzinədar” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.