Tələblər:
- Təhsil: Ali (Maliyyə və mühasibatlıq sahəsi üzrə)
- İş təcrübəsi: 5 il
- Dil bilikləri: Azərbaycan (əla), İngilis dili arzuolunandır
- Kompyuter bilikləri: MS Office/Excel (əla)
- ACCA (F7, F3) və PMS arzuolunandır
- Analitik düşünmə bacarığı
- Düzgünlük və dəqiqlik
- Hesabatlılıq və detallara diqqət
- Vergi və əmək məcəlləsi bilikləri
Əsas vəzifə öhdəlikləri:
- Vergi, DSMF, statistika və digər rəsmi hesabatların hazırlanması və qanunvericilikdə müəyyən edilmiş müddətlərdə təqdim olunması
- Aylıq və illik maliyyə hesabatlarının hazırlanması
- İFRS və daxili siyasətlərə uyğun maliyyə hesabatlarının rəhbərliyə təqdim olunması
- Daxili maliyyə uçotunun aparılması və mühasibat sənədlərinin düzgün təşkil olunması
- Bank sənədlərinin işlənməsi və uçotu
- Bank əməliyyatlarının və köçürmələrin həyata keçirilməsi
- Əmək haqqının hesablanması
- Debitor və kreditor borclarına nəzarətin həyata keçirilməsi
- Büdcə axınının izlənilməsi, maliyyə planlaması və nəzarətin təmin olunması
- Sponsorlar və tərəfdaşlar üçün maliyyə hesabatlarının hazırlanması və təqdim olunması
- Analitik maliyyə cədvəllərinin hazırlanması və idarə olunması
- Onlayn kargüzarlıq sisteminin izlənilməsi və daxil olan sorğuların cavablandırılması
- Vəsaitlərin blokdan çıxarılması prosesinə nəzarət və koordinasiya
- Daxili nəzarəti gücləndirmək məqsədilə biznes proseslərinin və uçot siyasətinin təkmilləşdirilməsi və sənədləşdirilməsi
- Dövlət büdcəsinə ödənişlərin düzgün hesablanması və qanunvericilikdə müəyyən edilmiş müddətdə həyata keçirilməsi
- Qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərinin, vergi hesablamalarının və digər təsdiqedici sənədlərin düzgün saxlanılmasının təmin edilməsi
- Büdcə planlamaları və proqnozların tərtib olunması
- Sponsurlardan mədaxil olunan vəsaitlərin düzgün bölüşdürülməsi
- Rəhbərlik tərəfindən tələb olunan hesabat və məlumatların hazırlanaraq təqdim olunması
Biz nə təklif edirik:
- Peşəkar və dinamik iş mühiti
- Karyera inkişafı perspektivi
İş şərtləri:
- İş vaxtı: 09:00 – 18:00
- İş rejimi: Full time
- Əmək haqqı: Müsahibə əsasında təyin ediləcək
Maraqlanan şəxslər öz CV formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd edin).
Qeyd: Yuxarıda qeyd olunanları nəzərə alaraq, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.