C Company
  • 274

Company

Digər

Mühasibatlıq və vergi üzrə mütəxəssis / böyük mütəxəssis

Mühasibatlıq və vergi üzrə mütəxəssis / böyük mütəxəssis

  • Deadline 4 Dekabr 2025

Bakı şəhərində yerləşən və kapital bazarlarında fəaliyyət göstərən şirkət Mühasibatlıq və vergi üzrə mütəxəssis / böyük mütəxəssis vəzifəsi üzrə namizəd axtarır.
Namizədin peşəkar təcrübəsi və bilik səviyyəsi nəzərə alınaraq, vəzifə dərəcəsi mütəxəssis və ya böyük mütəxəssis kimi müəyyən ediləcək.

Əsas vəzifə öhdəlikləri:

  • Mühasibat əməliyyatlarının həyata keçirilməsində baş mühasiblə birgə çalışmaq;
  • Gündəlik maliyyə əməliyyatlarını qeydiyyata almaq;
  • Elektron qaimə-fakturaları tərtib edib sistemdə işləmək;
  • ERP mühasibat proqramında əməliyyatları icra etmək;
  • Hesab-faktura, kassa və bank sənədlərini işləmək;
  • Daxili maliyyə hesabatlarını hazırlamaq;
  • Vergi bəyannamələrinin hazırlanmasında və təqdim edilməsində iştirak etmək;
  • İnternet bankçılıq əməliyyatlarını yerinə yetirmək.

Namizədə tələblər:

  • ERP mühasibat uçotu üzrə praktiki təcrübə;
  • Vergi qanunvericiliyi və mühasibat uçotu prinsipləri barədə biliklər;
  • Excel proqramında yaxşı səviyyədə işləmək bacarığı.

Üstünlük sayılacaq:

  • SAP və ya digər mühasibat proqramlarında işləmək bacarığı;
  • Maliyyə, mühasibat və ya iqtisadiyyat ixtisası üzrə ali təhsil;
  • PMS sertifikatı.

Biz nə təklif edirik

  • Rəqabətqabiliyyətli əməkhaqqı və performansa əsaslanan bonuslar;
  • Peşəkar inkişaf imkanları;
  • Dinamik və əməkdaşlığa əsaslanan iş mühiti;
  • Könüllü tibbi sığorta;
  • Nahar təminatı.

Müraciət qaydası

  • Maraqlanan namizədlər Müraciət et düyməsinə klikləyərək müraciətlərini göndərə və CV-lərini yükləyə bilərlər. Bütün müraciətlər ədalətli şəkildə nəzərdən keçiriləcək və bütün namizədlərə bərabər imkanlar təqdim olunacaq. Vəzifəyə uyğun hesab edilən namizədlərlə əlaqə saxlanılacaq, digərlərinin müraciətləri isə şirkətin istedad bazasına əlavə ediləcək.
  • Daily113
  • Weekly340
  • Monthly361