Mühasib/Kiçik Mühasib

  • Истекает 7 февраль 2026

Vəzifə öhdəlikləri:

  • Alış və satış əməliyyatları üzrə məlumatların uçotu və reyestrlərin aparılması
  • Satılmış malların uçotunun təşkili və müvafiq sənədlərin hazırlanması
  • Anbar qalığı, mal-material ehtiyatları və istehsal hərəkətləri üzrə uçotun aparılması
  • Alışlar üzrə mədaxillərin sistemə (Excel / ERP) daxil edilməsi
  • Məhsullar üzrə maya dəyərinin hesablanmasında iştirak
  • Daxili istehsalat tələbnamələrinin və istehsal sifarişlərinin icrasında iştirak
  • Aylıq inventarizasiyanın təşkili və sənədləşdirilməsi
  • Müştəri borcları və ödənişlər üzrə məlumatların hazırlanması və ilkin analiz
  • Gündəlik və aylıq hesabatlar üçün məlumatların hazırlanması
  • Mühasibat sənədlərinin düzgün saxlanılmasına və qorunmasına nəzarət
  • Hesabat-uçot işlərinin avtomatlaşdırılması və sistemləşdirilməsində iştirak
  • Yeni ERP sisteminin tətbiqi və gündəlik istifadəsində aktiv iştirak
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirilməsi
  • Gündəlik sənədləşmə fasiləsizliyinin təmin edilməsi

Tələblər:

  • Mühasibatlıq, Maliyyə, Biznesin İdarəedilməsi və ya İqtisadiyyat sahəsində ali təhsil
  • Yüksək səviyyədə Excel bilikləri (mütləqdir), Microsoft Office
  • Analitik düşüncə və detallara diqqət
  • Sistemli və məsuliyyətli iş tərzi
  • Yeni proqram və sistemləri öyrənməyə maraq
  • İstehsal və ya anbar uçotu sahəsində maraq üstünlükdür

Üstünlük sayılır:

  • Power Query və ya VBA bilikləri
  • ERP sistemləri ilə tanışlıq (Odoo, 1C, SAP və s.)
  • Google Sheets təcrübəsi
  • İstehsal müəssisəsində iş təcrübəsi

Biz nə təklif edirik:

  • Praktiki inkişaf və uzunmüddətli əməkdaşlıq imkanı
  • ERP sisteminin tətbiqində iştirak etməklə peşəkar inkişaf
  • Gələcəkdə mühasibat şöbəsində irəliləmə perspektivi
  • Stabil iş mühiti
  • Əmək haqqı: müsahibə əsasında (gross 700–900 AZN)

İş şəraiti:

  • İş yeri: Bakı şəhəri, Bakıxanov qəsəbəsi
  • İş rejimi: 6 günlük iş həftəsi, 09:00-18:00
  • Sahə: Ayaqqabı sexi, istehsal

Xahiş edirik, vəzifə ilə maraqlanan şəxslər (namizədlər) öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə "Mühasib" qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərsinlər və ya anket vasitəsi ilə müraciət etsinlər. 

  • Daily0
  • Weekly254
  • Monthly1041