Mühəndis - konstruktor

  • Deadline 3 October 2026

Vəzifə öhdəlikləri:

  • CAD Proqramları vasitəsi ilə avadanlıqların və metal məmulatlarının 3D modellərinin işlənib hazırlanması;
  • Ümumi plan, yığım və detal cizgilərinin hazırlanması;
  • Kəsim planlarının və hesabatlarının hazırlanması;
  • Konstruktor cizgilər əsasında material sərfiyyatı cədvəlinin tərtib edilməsi;
  • Texniki və iqtisadi cəhətdən uyğun material və komponentlərin seçilməsi;
  • Avadanlıq və hissələrin cizgilərə uyğun istehsal edilməsinə nəzarət;
  • Rəhbərliyin istehsalatla əlaqədar tapşırıqlarının yerinə yetirilməsi.

Namizədə tələblər:

  • Ali texniki təhsil,
  • Müvafiq sahə üzrə 2 il iş təcrübəsi,
  • Proqramm bilikləri:  Microsoft Office, Autocad, Autodesk İnventor, Ajan Cam, Fast Cam,
  • Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırmaq və təşkil etmək, komandada işləmək bacarıqları,
  • Dəqiqlik, detallara fikir vermə qabiliyyəti,
  • Azərbaycan, rus və ingilis dillərini bilməli.

İş şəraiti:

  • 5 günlük iş qrafiki
  • İş yeri: Sumqayıt şəhəri
  • Könüllü tibbi sığorta təminatı
  • Korporativ nömrə təminatı
  • Nahar və nəqliyyat şirkət tərəfindən təmin olunur
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcək.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

  • Daily1
  • Weekly595
  • Monthly481