Vəzifə öhdəlikləri:
- CAD Proqramları vasitəsi ilə avadanlıqların və metal məmulatlarının 3D modellərinin işlənib hazırlanması;
- Ümumi plan, yığım və detal cizgilərinin hazırlanması;
- Kəsim planlarının və hesabatlarının hazırlanması;
- Konstruktor cizgilər əsasında material sərfiyyatı cədvəlinin tərtib edilməsi;
- Texniki və iqtisadi cəhətdən uyğun material və komponentlərin seçilməsi;
- Avadanlıq və hissələrin cizgilərə uyğun istehsal edilməsinə nəzarət;
- Rəhbərliyin istehsalatla əlaqədar tapşırıqlarının yerinə yetirilməsi.
Namizədə tələblər:
- Ali texniki təhsil,
- Müvafiq sahə üzrə 2 il iş təcrübəsi,
- Proqramm bilikləri: Microsoft Office, Autocad, Autodesk İnventor, Ajan Cam, Fast Cam,
- Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırmaq və təşkil etmək, komandada işləmək bacarıqları,
- Dəqiqlik, detallara fikir vermə qabiliyyəti,
- Azərbaycan, rus və ingilis dillərini bilməli.
İş şəraiti:
- 5 günlük iş qrafiki
- İş yeri: Sumqayıt şəhəri
- Könüllü tibbi sığorta təminatı
- Korporativ nömrə təminatı
- Nahar və nəqliyyat şirkət tərəfindən təmin olunur
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcək.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.