Müştəri Xidmətləri Şöbəsinin Rəhbəri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Müştəri Xidmətləri Şöbəsinin Rəhbəri

  • Deadline 17 Avqust 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Müştəri Xidmətləri şöbəsinin gündəlik fəaliyyətini planlamaq və idarə etmək.
  • Komandanın işini koordinasiya etmək, əməkdaşların inkişafını və motivasiyasını təmin etmək.
  • Müştəri müraciətlərinin (zəng, e-poçt, sosial media və digər kanallar) vaxtında və keyfiyyətli cavablandırılmasına nəzarət etmək.
  • Müştəri məmnuniyyətinin artırılması istiqamətində yeni təşəbbüslər hazırlamaq və həyata keçirmək.
  • Şikayət və mürəkkəb müraciətləri təhlil edərək operativ həll yolları təqdim etmək.
  • Xidmət keyfiyyətini ölçmək, performans göstəricilərini (KPI) izləmək və müntəzəm hesabatlar hazırlamaq.
  • Müştəri xidməti proseslərini optimallaşdırmaq və standart əməliyyat prosedurlarını təkmilləşdirmək.
  • Digər şöbələrlə sıx əməkdaşlıq edərək müştəri yönümlü həllərin tətbiqini təmin etmək.
  • Komanda üçün təlim ehtiyaclarını müəyyən etmək və inkişaf planlarını həyata keçirmək.

Tələblər:

  • Ali təhsil.
  • Müştəri xidmətləri sahəsində minimum 5 il, rəhbər vəzifədə isə minimum 3 il iş təcrübəsi.
  • Liderlik və komanda idarəetmə bacarığı.
  • Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı.
  • Müştəriyönümlü düşüncə tərzi və yüksək xidmət mədəniyyəti.
  • Analitik düşünmə, problem həll etmə və qərarvermə bacarığı.
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı.
  • Azərbaycan, rus dilində sərbəst, ingilis dili biliyi üstünlük hesab olunur.
  • Yüksək məsuliyyət, təşəbbüskarlıq və nəticəyönümlülük.

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməklə Müraciət et düyməsind əqeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur

  • Daily19
  • Weekly614
  • Monthly1678