Vəzifə öhdəlikləri:
- Müştəri Xidmətləri şöbəsinin gündəlik fəaliyyətini planlamaq və idarə etmək.
- Komandanın işini koordinasiya etmək, əməkdaşların inkişafını və motivasiyasını təmin etmək.
- Müştəri müraciətlərinin (zəng, e-poçt, sosial media və digər kanallar) vaxtında və keyfiyyətli cavablandırılmasına nəzarət etmək.
- Müştəri məmnuniyyətinin artırılması istiqamətində yeni təşəbbüslər hazırlamaq və həyata keçirmək.
- Şikayət və mürəkkəb müraciətləri təhlil edərək operativ həll yolları təqdim etmək.
- Xidmət keyfiyyətini ölçmək, performans göstəricilərini (KPI) izləmək və müntəzəm hesabatlar hazırlamaq.
- Müştəri xidməti proseslərini optimallaşdırmaq və standart əməliyyat prosedurlarını təkmilləşdirmək.
- Digər şöbələrlə sıx əməkdaşlıq edərək müştəri yönümlü həllərin tətbiqini təmin etmək.
- Komanda üçün təlim ehtiyaclarını müəyyən etmək və inkişaf planlarını həyata keçirmək.
Tələblər:
- Ali təhsil.
- Müştəri xidmətləri sahəsində minimum 5 il, rəhbər vəzifədə isə minimum 3 il iş təcrübəsi.
- Liderlik və komanda idarəetmə bacarığı.
- Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı.
- Müştəriyönümlü düşüncə tərzi və yüksək xidmət mədəniyyəti.
- Analitik düşünmə, problem həll etmə və qərarvermə bacarığı.
- MS Office proqramlarında sərbəst işləmək bacarığı.
- Azərbaycan, rus dilində sərbəst, ingilis dili biliyi üstünlük hesab olunur.
- Yüksək məsuliyyət, təşəbbüskarlıq və nəticəyönümlülük.
Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməklə Müraciət et düyməsind əqeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur