İstehsalat müəssisəsi üçün “Müştəri Xidmətləri üzrə Mütəxəssis” vakansiyası
İşin təsviri:
- Çağrı mərkəzinə daxil olan zənglərin cavablandırılması
- Müştəri müraciətlərinin qeydiyyatı, izlənilməsi və nəticələndirilməsi
- Sayt və WhatsApp üzərindən daxil olan sorğuların cavablandırılması
- Saytın idarə olunması və texniki işlərdə iştirak
- Sosial media platformaları üzərindən daxil olan müraciətlərin cavablandırılması və idarə olunması
- Müştəri məmnuniyyətinin təmin edilməsi və inkişafı üçün təkliflərin verilməsi
- Rəhbərlik tərəfindən verilən digər əlaqəli tapşırıqların yerinə yetirilməsi
Tələblər:
- Ali təhsil
- Müvafiq sahədə iş təcrübəsi üstünlükdür
- Güclü ünsiyyət və təqdimat bacarıqları
- Azərbaycan dili – əla səviyyədə, rus və ingilis dili biliyi üstünlükdür
- Komandada işləmək və operativ qərar vermək bacarığı
Şəxsi keyfiyyətlər:
- Məsuliyyətli və diqqətli
- Stressə davamlı
- Müştəriyönümlü yanaşma
Uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Müştəri Xidmətləri üzrə Mütəxəssis” başlığı ilə göndərə bilər.