C Company
  • 197

Company

Прочее

Mütəxəssis (Gəncə ətrafı)

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Mütəxəssis (Gəncə ətrafı)

  • Истекает 5 июнь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən şirkətimiz üçün satınalma, maliyyə və anbar əməliyyatlarını koordinasiya edəcək məsuliyyətli mütəxəssis axtarılır!

İşin təsviri:

  • Şirkətin mühasibat uçotunu təşkil etmək, izləmək, sənədləşdirilməsi
  • Kənd təsərrüfatı məhsulları (gübrə, dərman, toxum) və materiallarının satınalmasının təşkili 
  • Təchizatçılarla danışıqların aparılması və müqavilələrin hazırlanması 
  • Maliyyə əməliyyatlarının (məhsulun dəyəri, ödənişlər) aparılması və uçotu
  • Gömrük portalında (e-customs) işləmə bacarığı olmalı, idxal əməlliyyatlarını izləməlidir
  • Ümumi sənədləşmə işlərinin hazırlanması (müqavile bağlamaq, Hesab-fakturaların və e-qaimələrin hazırlanması, göndərilməsi və təsdiqi), digər şöbələrlə koordinasiya edilməsi;
  • Debitor və kreditor təşkilatlarla qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi
  • Gündəlik mədaxil – məxaric əməliyyatların xüsusi cədvəllərə daxil edilməsi
  • Anbar üzrə mal qəbulu, çıxışı və qalıqların nəzarəti 
  • Anbar sənədlərinin düzgün aparılması və inventarizasiyada iştirak 
  • İş əsnasında yarana biləcək rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
  • Rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi 

İş şəraiti:

  • İş rejimi: 6 günlük iş qrafiki
  • İş saatları: 08:00-17:00
  • Korporativ nömrə, nahar və işçilərin daşınması üçün servis şirkət tərəfindən verilir
  • İş ünvanı: Goranboy şəhəri, Bozdağ massivi
  • Əmək haqqı: təhsil, iş stajı və bacarığı nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur.

Üstünlüklər: K/T sahəsi üzrə təcrübəsi olan Bəy namizədlərə üstünlük veriləcək.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

  • Daily62
  • Weekly470
  • Monthly603