C Company
  • 227

Company

Digər

Nəqliyyat Logistika və Anbarlar depaertamentinin direktoru

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Nəqliyyat Logistika və Anbarlar depaertamentinin direktoru

  • Deadline 21 May 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İşin təsviri:

  • Departamentin iş fəaliyyətini, məqsədlərini və strategiyalarını şirkətin ümumi biznes planına uyğun təşkil etmək;
  • Anbarlar, Nəqliyyat və Yük daşıma şöbələrinin birgə və səmərəli işini təmin etmək;
  • Departamentin balansında olan nəqliyyat vasitələri və avtoyükləyicilərindən səmərəli istifadə və idarəetməni təmin etmək;
  • Hazır məhsulların istehsal müəssisəsindən müştərilərə şirkətə daxil olmuş sifarişlərə uyğun qaydada çatdırılmasını planlamaq və icrasını təmin etmək;
  • Logistika əməliyyatlarının effektivliyi üçün real vaxt məlumatlarının toplanması və analiz edilməsini təmin etmək;
  • Logistika proseslərində optimallaşdırma ilə xərclərin azaldılmasını təklif etmək;
  • Satış anbarlarının düzgün idarəsini və inventarların effektiv saxlanmasını təmin etmək;
  • Anbarlarda olan malların miqdarını və keyfiyyətini izləmək, tələb və təchizat arasında balans yaratmaq;
  • Anbar əməliyyatlarının effektiv idarə edilməsi: mal qəbulu, saxlanması, yerləşdirilməsi və göndərilməsini düzgün təşkil etmək;
  • Departamentin istifadəsində və məsuliyyətində olan yük maşınları, yükləyici maşınlar (avtokar), aidiyyəti minik maşınları  vəs. kimi nəqliyyat vasitələri texniki baxımını və səmərəli istifadəsini təşkil etmək;
  • Nəqliyyat vasitələrinin düzgün istismarı, texniki xidmətlərin və sığorta prosedurlarının vaxtında icra edilməsi üçün təşkilini təmin etmək;
  • Nəqliyyat vasitələrinin sazlığını və sürücülərin müvafiq daşımaları yerinə yetirməyə qabil olmalarını daimi nəzarətdə saxlamaq;
  • Nəqliyyat şöbəsinin sürücü və texniki personalını motivasiya etmək, təlimlər təşkil etmək və iş proseslərini izləmək;
  • Departamentin fəaliyyəti barədə aylıq və illik hesabatları şirkət rəhbərliyinə təqdim etmək;
  • Rəhbərliyin tapşırğı ilə daşıyıcı şirkətlərlə müvafiq müqavilələrin hazırlanması və uzunmüddətli əməkdaşlıqların qurulması;
  • Daşıma, inventar idarəetməsi və anbar əməliyyatlarında potensial risklərin qarşısını almaq öncədən bildirmək və bunun üçün təkliflər vermək;
  • Satış sonrası müştəri məmnuniyyətinin təmin olunmasına nəzarət etmək;

Tələblər: 

  • Təhsil - Ali təhsil (logistika, nəqliyyat, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə)
  • Təcrübə - 5 il (Logistika, nəqliyyat və anbar idarəçiliyi sahəsində)
  • Azərbaycan dili (əla səviyyədə)
  • Araşdırma texnikaları (əla səviyyədə)
  • Riyazi biliklər (yaxşı səviyyədə)
  • MS Excel (orta səviyyədə)
  • MS Word (orta səviyyədə)
  • ERP/WMS sistemləri üzrə biliklər (yaxşı səviyyədə)

İş şəraiti:

  • 6günlük 
  • İstirahət bazar günü
  • Ünvan: Abşeron rayon Masazır qəsəbəsi

Biz nə təklif edirik:           

  • Rəqabətli əmək haqqı (biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik)
  • Bonus sistemi
  • Peşəkar inkişaf üçün təlimlər və seminarlar.
  • Dinamik və gənc komanda ilə iş imkanı.

Maraqlı olanlar mətn yerində Nəqliyyat Logistika və Anbarlar depaertamentinin direktoru yazıb Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına cv göndərməyiniz xahiş olunur.

  • Daily153
  • Weekly153
  • Monthly2089