İş yeri: Sumqayıt
Əsas vəzifə öhdəlikləri:
- Şüşə tara istehsalı xəttində texnoloji proseslərə real vaxt rejimində nəzarət etmək
- Temperatur, təzyiq, qəlibləmə parametrləri və digər texniki göstəricilərin stabil saxlanmasını təmin etmək
- Avadanlıqlarda (IS maşınlar, konveyerlər, soyutma sistemləri və s.) yaranan ilkin nasazlıqları diaqnostika etmək və aradan qaldırılması üçün mexanika/energetika komandası ilə koordinasiya etmək
- Növbə ərzində prosesin ritmini və məhsuldarlığını izləmək, çatışmazlıqları vaxtında aşkarlamaq
- Keyfiyyətə nəzarət göstəricilərinin (qramaj, boyun ölçüsü, deformasiya, qabarcıq və s.) uyğunluğunu təmin etmək
- Növbə işçilərinin iş bölgüsünü koordinator səviyyəsində yönləndirmək
- Növbə üzrə hesabatları hazırlamaq(istehsal, itki, dayanma, keyfiyyət göstəriciləri)
- SƏTƏM qaydalarına riayət olunmasına nəzarət etmək
Tələblər:
- Ali texniki təhsil (Mexanika, Materialşünaslıq, Proses mühəndisliyi və s.)
- Şüşə və ya digər isti istehsalat sahəsində iş təcrübəsi üstünlükdür (furnace, forming, soyuq xətt və s.)
- İstehsal proseslərinin və avadanlıqların iş prinsipini anlama bacarığı
- Operativ düşünmə, qərarvermə və problem həll etmə bacarığı
- Növbəli iş rejimində işləməyə uyğunluq
- Komanda ilə koordinasiya və işçilərlə düzgün ünsiyyət qurmaq bacarığı
- Excel proqramında işləmək bacarığı
İş şəraiti:
- İş qrafiki: növbəli iş qrafiki
- Servis
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır
Mövzü yerinə “Növbə Mühəndisi (şüşə tara istehsalı)” yazıb Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərin.