Ödənişlər üzrə mühasib

  • Deadline 1 Noyabr 2026

Vəzifə öhdəlikləri:

  • Gündəlik ödəniş sifarişlərini yoxlamaq və ödəniş tapşırıqlarını hazırlamaq;
  • Təchizatçı və podratçılara ödənişləri təsdiqedici sənədlər əsasında icra etmək;
  • İnternet bankçılıq vasitəsilə bank əməliyyatlarını həyata keçirmək;
  • Bank çıxarışlarını mühasibat proqramına işləmək və hesab qalıqlarını üzləşdirmək;
  • Kreditor borcların, avansların və ödəniş müddətlərinin uçotunu aparmaq;
  • Təchizatçılarla qarşılıqlı hesablaşmaları yoxlamaq və üzləşmə aktlarını hazırlamaq;
  • Əməkhaqqı, vergi və digər məcburi ödənişləri təsdiqlənmiş hesablamalar əsasında köçürmək;
  • Gündəlik və həftəlik ödəniş hesabatlarını hazırlamaq;
  • Ödəniş sənədlərini arxivləşdirmək.

Namizədə tələblər:

  • Mühasibat uçotu, maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil;
  • Mühasibatlıq sahəsində minimum 1 il iş təcrübəsi;
  • Bank əməliyyatları və qarşılıqlı hesablaşmalar üzrə biliklər;
  • Excel və mühasibat proqramları — 1C və ya Mikro ilə işləmək bacarığı;
  • İnternet bankçılıq və elektron qaimə sistemi ilə iş təcrübəsi;
  • Dəqiqlik, məsuliyyətlilik və ödəniş müddətlərinə riayət etmək bacarığı.

İş şəraiti:

  • İş yeri: Bakı şəhəri, Nizami rayonu, Babək prospekti
  • İş qrafiki: Həftə içi 5 günlük iş həftəsi;
  • Əməkhaqqı: 1000 AZN net;
  • Əmək müqaviləsi ilə rəsmi işə qəbul.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

  • Daily131
  • Weekly600
  • Monthly241