Ofis üzrə İnzibatçı

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Ofis üzrə İnzibatçı

  • Deadline 26 Sentyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Ofisin texniki xidmət komandasının fəaliyyətini və texniki xidmət işlərinin icrasını nəzarətdə saxlamaq və koordinasiya etmək;
  • Şirkətin sürücülərinin və nəqliyyat vasitələri üzrə inzibatçıların fəaliyyətini nəzarətdə saxlamaq və koordinasiya etmək;
  • Şirkətin təmizlik işçilərinin fəaliyyətini nəzarətdə saxlamaq/koordinasiya etmək;
  • Mobil operatorların verdiyi hesablar əsasında aylıq hesabatlar hazırlamaq;
  • Şirkətin əcnəbi işçilərinin qalması üçün münasib yer tapmaq və müvafiq təhvil-təslim aktlarını hazırlamaqla onlara dəstək vermək;
  • Ofisdə tələb edilən istehlak materiallarının/stasionar avadanlıqların siyahısını hazırlamaq və onların yeniləri ilə əvəz edilməsi üçün sifarişlər hazırlamaq;
  • Personalın İdarə edilməsi üzrə mütəxəssisin yoxluğu zamanı onu əvəz etmək;
  • Telefon zənglərinə peşəkar danışıq etikasına riayət etməklə cavab vermək, qoyulmuş ismarışlara qarşılıq olaraq zəng etmək, faks/e-mail məktublarını göndərmək;
  • Məktubları hazırlamaq, bütün gələn/gedən yazışmaları (onlayn, yaxud kağız nüsxədə) vaxtında və effektivliklə nəzərdən keçirmək;
  • Daxili və xarici rəhbərliyin iclaslarını planlaşdırmaq və təşkil etmək, iclasların keçirilməsi üçün otaqları hazırlamaq;
  • Şirkətin nəqliyyat vasitələri üçün Etibarnamə(lər) hazırlamaq;
  • Personalın İdarə olunması və İnzibati xidmətlər üzrə Menecerin tələbi ilə həvalə etdiyi kimi, digər inzibati dəstək və ya ofis daxili vəzifələri yerinə yetirmək.
  • Azərbaycan Respublikası Dövlət Miqrasiya xidmətinə əcnəbi əməkdaşın fərdi iş icazəsi, müvəqqəti yaşama icazəsinin alınması üçün sənədlərin hazırlamaq və miqrasiya ilə əlaqədar bütün məsələləri koordinasiya və icra etmək;
  • İş fəaliyyəti ilə əlaqədar müvafiq hesabatların dövlət qurumlarına və rəhbərliyə təqdim edilməsi;
  • İşçilərin şəxsi işlərindəki sənədlərin və Personalın İdarəolunması Şöbəsinin əmrlərinin qeydə alınması və skanerdən keçirilməsi üçün məsuliyyət daşımaq;
  • Əmək qanunvericiliyin tələblərinə əsasən müvafiq əmrlərin hazırlanması;
  • İşçilərin sənədləri, müvafiq məlumat bazaları və cədvəllər, yaxud personalın idarəolunması ilə əlaqədar olan digər sənədləşmə işlərini aparmaq və yeniləmək;
  • İşçilərə lazımi sənədlərin (ərizə, arayış və s.) verilməsini təmin etmək və məşğulluqla bağlı məsələlərdə məsləhət vermək;
  • Personalın İdarəolunması üzrə Menecerin göstərişi ilə kadrlarla əlaqədar hesabatları digər müvafiq işgüzar bölmələrə təqdim etmək;
  • Qanunvericiliyin tələblərinə əsasən digər sənədlərin tərtib edilməsi;

 ​​​​​Tələblər:

  • Ali təhsil/kollec diplomu;
  • Sahə üzrə, ən azı, 1 il iş təcrübəsi;
  • Telefonla peşəkar danışıq etikasını bilmək;
  • Son dərəcə məsuliyyətli olmaq və məxfi məlumatlarla işləməyi bacarmaq;
  • İşi planlaşdırmağı, təhvil tarixlərini prioritetləşdirməyi və işi vaxtında təhvil verməyi bacarmaq;
  • Şəxslərarası, yazılı və şifahi ünsiyyət qabiliyyətinin mükəmməlliyi;
  • Word, Excel, Outlook və PowerPoint proqramları haqqında yaxşı biliklərə malik MS istifadəçisi olmaq;
  • Mükəmməl Azərbaycan, yaxşı səviyyəli ingilis dili bilikləri. Əlavə dil bilikləri olan şəxslərə xüsusi üstünlük verilir

İş haqqında:

  • Üstünlüklər: Servis, Nahar, Paşa Həyat Sığorta
  • İş qrafiki: Bazar ertəsi-Cümə (09:00–18:00)
  • İş yeri: Abşeron r., Hökməli qəs. (yaxın ərazidə yaşayan namizədlərə üstünlük veriləcək)

Uyğun namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissəsində “Ofis üzrə inzibatçı” adını qeyd edərək göndərmələri xahiş olunur.

  • Daily103
  • Weekly530
  • Monthly2285