Vəzifə öhdəlikləri:
- Ofisin texniki xidmət komandasının fəaliyyətini və texniki xidmət işlərinin icrasını nəzarətdə saxlamaq və koordinasiya etmək;
- Şirkətin sürücülərinin və nəqliyyat vasitələri üzrə inzibatçıların fəaliyyətini nəzarətdə saxlamaq və koordinasiya etmək;
- Şirkətin təmizlik işçilərinin fəaliyyətini nəzarətdə saxlamaq/koordinasiya etmək;
- Mobil operatorların verdiyi hesablar əsasında aylıq hesabatlar hazırlamaq;
- Şirkətin əcnəbi işçilərinin qalması üçün münasib yer tapmaq və müvafiq təhvil-təslim aktlarını hazırlamaqla onlara dəstək vermək;
- Ofisdə tələb edilən istehlak materiallarının/stasionar avadanlıqların siyahısını hazırlamaq və onların yeniləri ilə əvəz edilməsi üçün sifarişlər hazırlamaq;
- Personalın İdarə edilməsi üzrə mütəxəssisin yoxluğu zamanı onu əvəz etmək;
- Telefon zənglərinə peşəkar danışıq etikasına riayət etməklə cavab vermək, qoyulmuş ismarışlara qarşılıq olaraq zəng etmək, faks/e-mail məktublarını göndərmək;
- Məktubları hazırlamaq, bütün gələn/gedən yazışmaları (onlayn, yaxud kağız nüsxədə) vaxtında və effektivliklə nəzərdən keçirmək;
- Daxili və xarici rəhbərliyin iclaslarını planlaşdırmaq və təşkil etmək, iclasların keçirilməsi üçün otaqları hazırlamaq;
- Şirkətin nəqliyyat vasitələri üçün Etibarnamə(lər) hazırlamaq;
- Personalın İdarə olunması və İnzibati xidmətlər üzrə Menecerin tələbi ilə həvalə etdiyi kimi, digər inzibati dəstək və ya ofis daxili vəzifələri yerinə yetirmək.
- Azərbaycan Respublikası Dövlət Miqrasiya xidmətinə əcnəbi əməkdaşın fərdi iş icazəsi, müvəqqəti yaşama icazəsinin alınması üçün sənədlərin hazırlamaq və miqrasiya ilə əlaqədar bütün məsələləri koordinasiya və icra etmək;
- İş fəaliyyəti ilə əlaqədar müvafiq hesabatların dövlət qurumlarına və rəhbərliyə təqdim edilməsi;
- İşçilərin şəxsi işlərindəki sənədlərin və Personalın İdarəolunması Şöbəsinin əmrlərinin qeydə alınması və skanerdən keçirilməsi üçün məsuliyyət daşımaq;
- Əmək qanunvericiliyin tələblərinə əsasən müvafiq əmrlərin hazırlanması;
- İşçilərin sənədləri, müvafiq məlumat bazaları və cədvəllər, yaxud personalın idarəolunması ilə əlaqədar olan digər sənədləşmə işlərini aparmaq və yeniləmək;
- İşçilərə lazımi sənədlərin (ərizə, arayış və s.) verilməsini təmin etmək və məşğulluqla bağlı məsələlərdə məsləhət vermək;
- Personalın İdarəolunması üzrə Menecerin göstərişi ilə kadrlarla əlaqədar hesabatları digər müvafiq işgüzar bölmələrə təqdim etmək;
- Qanunvericiliyin tələblərinə əsasən digər sənədlərin tərtib edilməsi;
Tələblər:
- Ali təhsil/kollec diplomu;
- Sahə üzrə, ən azı, 1 il iş təcrübəsi;
- Telefonla peşəkar danışıq etikasını bilmək;
- Son dərəcə məsuliyyətli olmaq və məxfi məlumatlarla işləməyi bacarmaq;
- İşi planlaşdırmağı, təhvil tarixlərini prioritetləşdirməyi və işi vaxtında təhvil verməyi bacarmaq;
- Şəxslərarası, yazılı və şifahi ünsiyyət qabiliyyətinin mükəmməlliyi;
- Word, Excel, Outlook və PowerPoint proqramları haqqında yaxşı biliklərə malik MS istifadəçisi olmaq;
- Mükəmməl Azərbaycan, yaxşı səviyyəli ingilis dili bilikləri. Əlavə dil bilikləri olan şəxslərə xüsusi üstünlük verilir
İş haqqında:
- Üstünlüklər: Servis, Nahar, Paşa Həyat Sığorta
- İş qrafiki: Bazar ertəsi-Cümə (09:00–18:00)
- İş yeri: Abşeron r., Hökməli qəs. (yaxın ərazidə yaşayan namizədlərə üstünlük veriləcək)
Uyğun namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissəsində “Ofis üzrə inzibatçı” adını qeyd edərək göndərmələri xahiş olunur.