Qeyd - Hazır məhsulların qablaşdırılması və markalanması
İş şəraiti
- Departament - İstehsalat departamenti
- İş yeri - Bakı şəhəri (yaxın aylarda Sumqayıt şəhəri)
- İş qrafiki - 5 günlük iş həftəsi
- İş saatları - 09:00 – 18:00 (1 saat nahar və istirahət fasiləsi)
- Əmək haqqı - 600 AZN (net) (sınaq müddəti – ilk 3 ay) / 800 AZN (net) (sınaq müddətindən sonra)
Əmək müqaviləsi
- Əmək müqaviləsi 3 (üç) aylıq sınaq müddəti olmaqla 1 (bir) il müddətinə bağlanılır. Tərəflər arasında narazılıq olmadığı təqdirdə müqavilə eyni müddətə uzadılır.
Əmək funksiyaları
- Hazır məhsulların texniki tələblərə və təlimatlara uyğun qablaşdırılması;
- Qablaşdırmadan əvvəl məhsulun miqdarının, komplektliyinin və xarici görünüşünün yoxlanılması, zədəli və ya uyğunsuz məhsul aşkar edildikdə rəhbərliyə məlumat verilməsi;
- Qablaşdırma materiallarından (karton və taxta qutular, köpük, streç-plyonka, lent və s.) düzgün və qənaətlə istifadə edilməsi;
- Qablaşdırılmış məhsulların markalanması, etiketlənməsi, çəkilməsi və müşayiət sənədlərinin qutuya əlavə edilməsi;
- Qablaşdırılmış məhsulların anbara təhvil verilməsi və ya göndərişə hazırlanmasında anbardarla birgə işləmək;
- Qablaşdırılan məhsulların uçot jurnalında qeydiyyatının aparılması;
- Qablaşdırma materiallarının qalığına nəzarət edilməsi və vaxtında sifariş üçün məlumat verilməsi;
- İş yerinin və qablaşdırma sahəsinin təmiz və səliqəli saxlanılması;
- Əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına, habelə müdafiə sənayesi sahəsinə xas məxfilik rejiminə ciddi əməl edilməsi;
- Rəhbərliyin tapşırığı ilə istehsalatla bağlı digər tapşırıqların yerinə yetirilməsi.
Tələblər
- Orta və ya orta ixtisas (peşə) təhsili;
- Qablaşdırma, anbar və ya istehsalat sahəsində minimum 1 il iş təcrübəsi arzuolunandır;
- Fiziki dözümlülük, ayaq üstə işləmək bacarığı;
- Diqqətlilik, dəqiqlik və səliqəlilik;
- Etiket, marka və müşayiət sənədlərini oxumaq və sadə qeydiyyat aparmaq bacarığı;
- Xarici dil biliyi üstünlükdür;
- İntizamlılık, məsuliyyət, komandada işləmək bacarığı və məxfiliyə riayət.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya əlaqə nömrəsinə göndərə bilərlər.
Telefon: 010 239 50 16