Paketləyici (Hərbi sənaye istehsal sahəsi üzrə)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Paketləyici (Hərbi sənaye istehsal sahəsi üzrə)

  • Deadline 6 December 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Qeyd - Hazır məhsulların qablaşdırılması və markalanması

İş şəraiti

  • Departament - İstehsalat departamenti
  • İş yeri - Bakı şəhəri (yaxın aylarda Sumqayıt şəhəri)
  • İş qrafiki - 5 günlük iş həftəsi
  • İş saatları - 09:00 – 18:00 (1 saat nahar və istirahət fasiləsi)
  • Əmək haqqı - 600 AZN (net) (sınaq müddəti – ilk 3 ay) / 800 AZN (net) (sınaq müddətindən sonra)

Əmək müqaviləsi

  • Əmək müqaviləsi 3 (üç) aylıq sınaq müddəti olmaqla 1 (bir) il müddətinə bağlanılır. Tərəflər arasında narazılıq olmadığı təqdirdə müqavilə eyni müddətə uzadılır.

Əmək funksiyaları

  • Hazır məhsulların texniki tələblərə və təlimatlara uyğun qablaşdırılması;
  • Qablaşdırmadan əvvəl məhsulun miqdarının, komplektliyinin və xarici görünüşünün yoxlanılması, zədəli və ya uyğunsuz məhsul aşkar edildikdə rəhbərliyə məlumat verilməsi;
  • Qablaşdırma materiallarından (karton və taxta qutular, köpük, streç-plyonka, lent və s.) düzgün və qənaətlə istifadə edilməsi;
  • Qablaşdırılmış məhsulların markalanması, etiketlənməsi, çəkilməsi və müşayiət sənədlərinin qutuya əlavə edilməsi;
  • Qablaşdırılmış məhsulların anbara təhvil verilməsi və ya göndərişə hazırlanmasında anbardarla birgə işləmək;
  • Qablaşdırılan məhsulların uçot jurnalında qeydiyyatının aparılması;
  • Qablaşdırma materiallarının qalığına nəzarət edilməsi və vaxtında sifariş üçün məlumat verilməsi;
  • İş yerinin və qablaşdırma sahəsinin təmiz və səliqəli saxlanılması;
  • Əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına, habelə müdafiə sənayesi sahəsinə xas məxfilik rejiminə ciddi əməl edilməsi;
  • Rəhbərliyin tapşırığı ilə istehsalatla bağlı digər tapşırıqların yerinə yetirilməsi.

Tələblər

  • Orta və ya orta ixtisas (peşə) təhsili;
  • Qablaşdırma, anbar və ya istehsalat sahəsində minimum 1 il iş təcrübəsi arzuolunandır;
  • Fiziki dözümlülük, ayaq üstə işləmək bacarığı;
  • Diqqətlilik, dəqiqlik və səliqəlilik;
  • Etiket, marka və müşayiət sənədlərini oxumaq və sadə qeydiyyat aparmaq bacarığı;
  • Xarici dil biliyi üstünlükdür;
  • İntizamlılık, məsuliyyət, komandada işləmək bacarığı və məxfiliyə riayət.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya əlaqə nömrəsinə göndərə bilərlər.

Telefon: 010 239 50 16 

  • Daily118
  • Weekly564
  • Monthly565