Ümumi məlumat:
- Şirkət: Company
- İş yeri: Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi
- Əməkhaqqı: Namizədin bilik və bacarıqlarından asılı olaraq qarşılıqlı razılıq əsasında təyin ediləcək
- 5 günlük iş həftəsi: 09:00-18:00
- Nahar fasiləsi: 12:00-13:00
Üstünlüklər:
- Mehriban və peşəkar kollektivdə çalışmaq;
- Korporativ nömrə ilə təmin olunmaq;
- Həyat yığım sığortasına qoşulmaq imkanı;
- Rəsmi dövlət bayramlarında mükafat.
Vəzifə öhdəlikləri:
- İşçilərin aylıq əməkhaqqılarını hesablamaq;
- Tabellərlə işləmək, İnsan resursları şöbəsinin təqdim etdiyi məlumatlarla üzləşmələr aparmaq;
- Məzuniyyət haqlarının, xəstəlik vərəqələrinin, iş vaxtından artıq görülən işlərə görə hesablaşmaların, mükafatların və son haqq-hesab ödənişlərinin hesablanmasını həyata keçirmək;
- DSMF tərəfindən ödənilən müavinətlərin dövlət elektron sistemində işlənməsini icra etmək;
- Təhtəl-hesab şəxslərlə hesablaşmalar, ezamiyyə haqlarının yoxlanması, hesablanmasını təmin etmək;
- IB əməliyyatlarını (əməkhaqqı kartlarının sifarişi, əməkhaqqı və büdcə ödənişləri) həyata keçirmək;
- Müvafiq hesabatları (4-əmək, 1-əmək, vahid bəyannamə) hazırlamaq və rəhbərliyə təqdim etmək.
Namizədə dair tələblər:
- Xanım namizəd;
- İqtisadiyyat, və ya riyaziyyat sahəsində ali təhsil;
- Müvafiq sahədə (əməkhaqqı hesablanması) iş təcrübəsi;
- Əmək Məcəlləsi, Vergi Məcəlləsi və Nazirlər Kabinetinin müvafiq qərarları üzrə biliklər;
- Microsoft Ofis (xüsusilə Excel) proqramlarında sərbəst işləmə bacarığı;
- ƏMAS, E-GOV, İSB, E-TAXES, Statistika portallarında işləmə təcrübəsi;
- Azərbaycan dilində yüksək yazı və nitq qabiliyyəti;
- Minimum nəzarətlə effektiv işləmə bacarığı.
Qeydlər:
Namizədlə sınaq müddəti nəzərə alınmaqla bir il müddətinə (analıq məzuniyyətində olan əməkdaşı əvəz etmək üçün) əmək müqaviləsi bağlanılması nəzərdə tutulur;
Bu vəzifəyə müraciət etmək üçün CV-ni elektron poçt ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını (əməkhaqqı üzrə mühasib) və əməkhaqqı gözləntisini göstərmək tələb olunur, əks halda CV-yə baxılmayacaq