C Company
  • 357

Company

Other

Payroll accountant

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Payroll accountant

  • Истекает 11 март 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Ümumi məlumat:

  • Şirkət: Company
  • İş yeri: Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi
  • Əməkhaqqı: Namizədin bilik və bacarıqlarından asılı olaraq qarşılıqlı razılıq əsasında təyin ediləcək
  • 5 günlük iş həftəsi: 09:00-18:00
  • Nahar fasiləsi: 12:00-13:00

Üstünlüklər:

  • Mehriban və peşəkar kollektivdə çalışmaq;
  • Korporativ nömrə ilə təmin olunmaq;
  • Həyat yığım sığortasına qoşulmaq imkanı;
  • Rəsmi dövlət bayramlarında mükafat.

Vəzifə öhdəlikləri:

  • İşçilərin aylıq əməkhaqqılarını hesablamaq;
  • Tabellərlə işləmək, İnsan resursları şöbəsinin təqdim etdiyi məlumatlarla üzləşmələr aparmaq;
  • Məzuniyyət haqlarının, xəstəlik vərəqələrinin, iş vaxtından artıq görülən işlərə görə hesablaşmaların, mükafatların və son haqq-hesab ödənişlərinin hesablanmasını həyata keçirmək;
  • DSMF tərəfindən ödənilən müavinətlərin dövlət elektron sistemində işlənməsini icra etmək;
  • Təhtəl-hesab şəxslərlə hesablaşmalar, ezamiyyə haqlarının yoxlanması, hesablanmasını təmin etmək;
  • IB əməliyyatlarını (əməkhaqqı kartlarının sifarişi, əməkhaqqı və büdcə ödənişləri) həyata keçirmək;
  • Müvafiq hesabatları (4-əmək, 1-əmək, vahid bəyannamə) hazırlamaq və rəhbərliyə təqdim etmək.

Namizədə dair tələblər:

  • Xanım namizəd;
  • İqtisadiyyat, və ya riyaziyyat sahəsində ali təhsil;
  • Müvafiq sahədə (əməkhaqqı hesablanması) iş təcrübəsi;
  • Əmək Məcəlləsi, Vergi Məcəlləsi və Nazirlər Kabinetinin müvafiq qərarları üzrə biliklər;
  • Microsoft Ofis (xüsusilə Excel) proqramlarında sərbəst işləmə bacarığı;
  • ƏMAS, E-GOV, İSB, E-TAXES, Statistika portallarında işləmə təcrübəsi;
  • Azərbaycan dilində yüksək yazı və nitq qabiliyyəti;
  • Minimum nəzarətlə effektiv işləmə bacarığı.

Qeydlər:

Namizədlə sınaq müddəti nəzərə alınmaqla bir il müddətinə (analıq məzuniyyətində olan əməkdaşı əvəz etmək üçün) əmək müqaviləsi bağlanılması nəzərdə tutulur;

 Bu vəzifəyə müraciət etmək üçün CV-ni elektron poçt ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını (əməkhaqqı üzrə mühasib) və əməkhaqqı gözləntisini göstərmək tələb olunur, əks halda CV-yə baxılmayacaq 

  • Daily135
  • Weekly292
  • Monthly906