Əsas vəzifə öhdəlikləri:
- Təsərrüfat, istehsalat və heyvanların artım-azalma prosesinə uyğun iş proqramlarının hazırlanması, təsdiq edilib yoxlanılması və rəhbərliyə təqdim edilməsi;
- Hazırlanan iş proqramlarının izlənməsi,gecikmələrin səbəblərinin araşdırılaraq müəyyən edilməsi;
- Çıxarılmış iş həcmlərinə uyğun material ehtiyaclarının müəyyən edilməsi;
- Təsərrüfatlardan göndərilən məlumatlara əsasən günlük, həftəlik, aylıq, dövrü və illik hesabatların (P6,MS Project) hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Hər bir yeni sifarişin tələblərinə əsasən digər növ hesabatların hazırlanması;
- Təsərrüfat və digər struktur rəhbərləri ilə həftəlik iclaslarda iştirak etmək, iclaslarda müzakirə edilən məsələlərin qeydiyyatının aparılması və rəhbərliyə təqdim edilməsi;
- Resursların (işçi qüvvəsi, material, texnika, heyvan, istehsalat, satınalma, satış) planlamasını aparmaq və icraya nəzarət etmək;
- Gecikmələrin səbəblərini təhlil etmək və düzəldici tədbirlər təklif etmək;
- Təsərrüfat və istehsalat üzrə risklərin təhlili və vaxt itkilərinin qarşısının alınması üçün preventiv tədbirlər hazırlamaq;
- Minimum stok səviyyələrinin və ehtiyyat paylarının nəzarətdə saxlanılması və aidiyyəti üzrə strukturlara yönəldilmədi;
- Təsərrüfat, istehsalat, satınalma büdcələrinin xərclər üzrə proqnozların hazırlanması və yenilənməsi;
- Xərc, vaxt qrafiki və iş həcmi (scope) bazalarının uyğunluğunun təmin edilməsi;
- Rəhbərliyin planlama ilə bağlı digər tapşırıqlarını həll etmək.
Tələblər:
- Ali təhsil (mühəndislik, biznesin idarə edilməsi)
- Təsərrüfat/istehsalat planlama üzrə minimum 3 il iş təcrübə
- Layihə planlama və nəzarət proseslərini yaxşı bilmək
- Primavera P6 və ya MS Project proqramlarında sərbəst işləmək bacarığı
- MS Excel və MS Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı
- Məsuliyyətli, diqqətli və nəticəyönümlü olmaq
- Komanda ilə işləmə və ünsiyyət bacarığıİş şəraiti:
- Bir çox hallarda işlərə baxmaq üçün təsərrüfatlara ezam getməli;
Namizəddən gözlənilir:
- Yüksək analitik düşüncə və detal yönümlülük
- Təqdimat bacarığı
Əmək şəraiti:
- Pozitiv və dəstəkləyici iş mühiti
- İş qrafiki: Bazar ertəsi – Cümə günü (5 gün)
- İş vaxtı: 09:00-18:00
- Əmək haqqı: 1400 - 1800 Azn
Müraciət etmək üçün CV-nizi Müraciət et düyməsində üeyd olunan elektron poçt ünvanına “Planlama üzrə Baş mütəxəssis” qeyd edərək göndərməyinizi xahiş edirəm.