C Company
  • 423

Company

Digər

Planlama üzrə Baş mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Planlama üzrə Baş mütəxəssis

  • Deadline 17 Mart 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əsas vəzifə öhdəlikləri:

  • Təsərrüfat, istehsalat və heyvanların artım-azalma prosesinə uyğun iş proqramlarının hazırlanması, təsdiq edilib yoxlanılması və rəhbərliyə təqdim edilməsi;
  • Hazırlanan iş proqramlarının izlənməsi,gecikmələrin səbəblərinin araşdırılaraq müəyyən edilməsi;
  • Çıxarılmış iş həcmlərinə uyğun material ehtiyaclarının müəyyən edilməsi;
  • Təsərrüfatlardan göndərilən məlumatlara əsasən günlük, həftəlik, aylıq, dövrü və illik hesabatların (P6,MS Project) hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Hər bir yeni sifarişin tələblərinə əsasən digər növ hesabatların hazırlanması;
  • Təsərrüfat və digər struktur rəhbərləri ilə həftəlik iclaslarda iştirak etmək, iclaslarda müzakirə edilən məsələlərin qeydiyyatının aparılması və rəhbərliyə təqdim edilməsi;
  • Resursların (işçi qüvvəsi, material, texnika, heyvan, istehsalat, satınalma, satış) planlamasını aparmaq və icraya nəzarət etmək;
  • Gecikmələrin səbəblərini təhlil etmək və düzəldici tədbirlər təklif etmək;
  • Təsərrüfat və istehsalat üzrə risklərin təhlili və vaxt itkilərinin qarşısının alınması üçün preventiv tədbirlər hazırlamaq;
  • Minimum stok səviyyələrinin və ehtiyyat paylarının nəzarətdə saxlanılması və aidiyyəti üzrə strukturlara yönəldilmədi;
  • Təsərrüfat, istehsalat, satınalma büdcələrinin xərclər üzrə proqnozların hazırlanması və yenilənməsi;
  • Xərc, vaxt qrafiki və iş həcmi (scope) bazalarının uyğunluğunun təmin edilməsi;
  • Rəhbərliyin planlama ilə bağlı digər tapşırıqlarını həll etmək.

Tələblər:

  • Ali təhsil (mühəndislik, biznesin idarə edilməsi)
  • Təsərrüfat/istehsalat planlama üzrə minimum 3 il iş təcrübə
  • Layihə planlama və nəzarət proseslərini yaxşı bilmək
  • Primavera P6 və ya MS Project proqramlarında sərbəst işləmək bacarığı
  • MS Excel və MS Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı
  • Məsuliyyətli, diqqətli və nəticəyönümlü olmaq
  • Komanda ilə işləmə və ünsiyyət bacarığıİş şəraiti: 
  • Bir çox hallarda  işlərə baxmaq üçün təsərrüfatlara ezam getməli;

Namizəddən gözlənilir:

  • Yüksək analitik düşüncə və detal yönümlülük
  • Təqdimat bacarığı

Əmək şəraiti:

  • Pozitiv və dəstəkləyici iş mühiti
  • İş qrafiki: Bazar ertəsi – Cümə günü (5 gün)
  • İş vaxtı: 09:00-18:00
  • Əmək haqqı: 1400 - 1800 Azn

Müraciət etmək üçün CV-nizi Müraciət et düyməsində üeyd olunan elektron poçt ünvanına “Planlama üzrə Baş mütəxəssis” qeyd edərək göndərməyinizi xahiş edirəm.

  • Daily88
  • Weekly330
  • Monthly1626