Vəzifə öhdəlikləri:
- Zavodun istehsal planlamasını həyata keçirmək və optimallaşdırmaq.
- Tələb və təchizat balansını nəzərə alaraq qısa və uzunmüddətli istehsal planlarını hazırlamaq.
- Xammal və köməkçi material ehtiyaclarını müəyyənləşdirmək və təchizat komandası ilə koordinasiya etmək.
- İstehsal prosesinin fasiləsizliyini təmin etmək üçün sifariş və ehtiyat səviyyələrini nəzarətdə saxlamaq.
- Gündəlik, həftəlik və aylıq istehsal hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək.
- İstehsal proseslərində səmərəliliyi artırmaq üçün təkliflər vermək və tətbiqinə nəzarət etmək.
- Digər şöbələrlə (satış, logistika, keyfiyyət nəzarəti və s.) sıx əməkdaşlıq etmək.
Tələblər:
- Ali təhsil (İqtisadiyyat, Biznesin İdarəedilməsi, Mühəndislik və ya əlaqəli sahələr üstünlükdür).
- Planlama və istehsal proseslərində minimum 3 il iş təcrübəsi.
- ERP və ya istehsal planlama proqramları ilə iş təcrübəsi arzuolunandır.
- Analitik düşünmə və problem həll etmə bacarığı.
- Məsuliyyətli, diqqətli və komandada işləmə bacarığı.
İş şəraiti:
- 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək;
- Nahar, korporativ nömrə və iş yerinə çatdırılma servis xidməti ilə şirkət tərəfindən təmin olunur.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Planlama üzrə baş mütəxəssis” yazaraq elektron poçt ünvanına göndərilməsi xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.