C Company

Company

Digər

Proses dizayn mühəndisi

  • Deadline 24 May 2026

Vəzifə öhdəlikləri:

  • Zavod və sistemlər üçün PFD (Proses Axın Diaqramı) hazırlanması;
  • P&ID (Boru sistemləri və NÖC diaqramı) hazırlanması və yenilənməsi;
  • Zavodun avadanlıqlarının 2D və 3D planlarının (layout) hazırlanması;
  • Mövcud sistemlərdə dəyişikliklərə uyğun olaraq dizaynların düzəlişi;
  • Layihələr üzrə material siyahısının Bill of Material (BOM) hazırlanması;
  • Avadanlıqların yerləşdirilməsi və boru marşrutlarının dizaynı;
  • Texniki layihələrin hazırlanmasında iştirak;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların, əmr və sərəncamların yerinə yetirilməsi.

Namizədə tələblər:

  • İstehsalat sahəsində rəhbər olaraq ən azı 3 il iş təcrübəsi;
  • Təhsil- ali (Mühəndislik üzrə ixtisasın olması);
  • MS Office proqramlarından sərbəst istifadə bacarığı, AutoCAD, AutoCAD Plant 3D, AVEVA E3D / PDMS, SmartPlant P&ID (SPPID);
  • Dil biliyi - Azərbaycan və İngilis dili yüksək, Rus dili isə orta səviyyədə;
  • Şəxsi keyfiyyətlər-dəqiqlik, məsuliyyət və operativlik;
  • Komandada işləmək bacarığı;
  • Hərbi xidməti başa vurmuş namizədlərə üstünlük verilir.

Əmək haqqı və iş şərtləri:

  • Əmək haqqı: Namizədin təcrübə, bilik və bacarıqlarından asılı olaraq razılaşma yolu ilə;
  • Ştat cədvəlinə uyğun rəsmi əmək müqaviləsi; 
  • İş qrafiki: Yarım ştat, 6 günlük iş həftəsi (günlük 3 saat) və qrafikə uyğun həftədə 1 gün istirahət;
  • İş yeri: Qaradağ rayonu, Şonqar qəsəbəsinin şimal-şərqində, Sahil–Müşfiq avtomobil yolunun şərq hissəsində yerləşən zavod ərazisi;
  • Nahar və Servis Şirkət tərəfindən təmin olunur.

İşə qəbul zamanı Qaradağ rayonu ərazisində yaşayan namizədlərə daha üstünlük verilir. Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq mövzu yerinə “Proses dizayn mühəndisi” yazaraq göndərə bilərlər. 

  • Daily21
  • Weekly601
  • Monthly2310