Şöbə: Qəbul və qeydiyyat şöbəsi
Əsas öhdəlikləri:
- Binanın, qonaqların və işçilərin qorunmasını təmin etmək və təhlükəsizlik məsələləri ilə əlaqədar olaraq rəhəbrlik tərəfindən qoyulmuş qaydaların tətbiq edilməsinə nəzarət etmək.
- Kameralara və ərazidə quraşdırılmış bütün siqnalizasiya sisteminə nəzarət etmək.
- Fövqaladə hallar zamanı bütün lazımi tədbirləri görmək.
- Qonaqların, ziyarətçilərin və işçilərin binaya giriş-çıxışına nəzarət etmək.
- Müəyyən olunmuş ərazilərdə təhlükəsizlik yoxlamaları aparmaq.
- Bütün qayda pozuntuları ilə bağlı rəhbərliyə məlumat vermək.
Namizədə dair əsas tələblər:
- Təhlükəsizlik şöbəsində əvvəlki təcrübənin olması üstünlükdür.
- Əla ünsiyyət və müştəri xidməti bacarıqları.
- Əla Azərbaycan dili biliyi, rus və ingilis dillərini bilmək üstünlükdür
- Yüksək məsuliyyət
İş qrafiki:
- Növbəli iş rejimi
- Gündüz növbəsi: 08:00–20:00
- Gecə növbəsi: 20:00–08:00
Əmək haqqı: 500 AZN
Şirkət tərəfindən təmin olunur:
- Nahar yeməyi
Yuxarıda qeyd olunan meyarlara cavab verən namizədlər öz CV-lərini e-mail-in mövzu hissəsində “Təhlükəsizlik işçisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməlidirlər. Mövzu hissəsi qeyd olunmayan müraciətlərə baxılmayacaq.