Əsas vəzifə öhdəlikləri:
- Sahə üzrə normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək;
- İşlərin səmərəliliyini artırmaq üçün Cəmiyyətin rəhbərliyinə müvafiq qaydada hesabat vermək;
- İdarəyə ayrılmış vəsaitləri təyinatı üzrə istifadə etmək;
- Sahədə məhsuldarlığın qiymətləndirilməsi və təkmilləşdirilməsi üzrə təkliflərin verilməsi;
- Təsərrüfatlarda baytarlıq işini təşkil etmək və işçilər tərəfindən bu işlərin aparılmasında şəxsən iştirak etmək;
- Təsərrüfatlarda baytarlıq işlərini, hər cür xəstəlik, xüsusilə yoluxucu xəstəliklərə qarşı, müalicə profilaktiki və baytar-sanitariya tədbirlərini həyata keçirilməsinə nəzarət etmək, mal-qara və heyvanlar arasında xəstəliyin, ölüm hallarının olmasına yol verməmək;
- Heyvandarlığın artımı üçün süni mayalanma və təbii cütləşmənin vaxtında aparılmasının təmin olunmasına nəzarət etmək, həm öz təsərrüfatında baytar-sanitar və epizotik vəziyyəti təhlil etmək və hesabat vermək;
- Əkin və örüş sahələrinin təyinatı üzrə idarəedilməsi və nəzarət;
- Kənd təsərrüfatı təyinatlı mexanizasiyaya rəhbərlik və nəzarət etmək;
- Mal-qaranın tələf olması səbəbləri barədə hesabt vermək;
Tələblər:
- Kənd təsərrüfatı sahəsində ən azı 10 il, o cümlədən rəhbər vəzifədə ən azı 3 il təcrübə;
- Cinsi: Kişi
- Yaş həddi: 30-55
- Ali təhsil (Aqronom, Baytarlıq, Zootexnik)
- MS Office (Word, Excel),
- Güclü analitik və riyazi düşüncə, problem həll etmə və qərarvermə bacarığı;
Namizəddən gözlənilir:
- Yüksək analitik düşüncə və detal yönümlülük
- Sahə və texniki sənədlərlə işləmə bacarığı
- Güclü hesabatlandırma və təqdimat bacarıqları
Əmək şəraiti:
- Pozitiv və dəstəkləyici iş mühiti
- İş qrafiki: Bazar ertəsi – Cümə günü (5 gün)
- İş vaxtı: 09:00-18:00
- Əmək haqqı: Namizədin bilik-bacarığına görə dəyərləndiriləcəkdir
Müraciət etmək üçün CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Quba & Lənkəran & Füzuli Regional Manager” qeyd edərək göndərməyinizi xahiş edirəm.