Əsas vəzifə və öhdəliklər:
- Rəhbərin gündəlik iş fəaliyyətinin planlaşdırılması və koordinasiyasının təmin edilməsi;
- Protokolların, rəsmi yazışmaların və digər kargüzarlıq sənədlərinin hazırlanması;
- Rəhbər tərəfindən verilən tapşırıqların vaxtında, dəqiq və keyfiyyətli icrasının təmin edilməsi;
- Görüşlərin təşkili və rəhbərin iş qrafikinin idarə olunması;
- Ezamiyyətlər və görüşlər zamanı rəhbərin müşayiət olunması;
- Zəruri hallarda xidməti avtomobilin idarə olunması;
- Rəhbərin sosial media hesablarının idarə olunması (paylaşımlar, mesajların cavablandırılması və s.);
- Rəhbərliyin verdiyi digər tapşırıqların icrası.
Namizədə tələblər:
- Ali və ya orta ixtisas təhsili;
- Azərbaycan dili – yüksək səviyyədə (rəsmi yazışma bacarığı mütləqdir);
- Rus dili – yaxşı səviyyədə;
- Kargüzarlıq və sənədlərlə işləmə üzrə bilik və bacarıqlar;
- B kateqoriyalı sürücülük vəsiqəsi və aktiv sürücülük təcrübəsi;
- Ezamiyyətlərə hazır olmaq;
- Sosial media platformaları ilə işləmə bacarığı;
- Yüksək məsuliyyət, operativlik və etibarlılıq;
- Təşkilatçılıq və vaxtın effektiv idarə olunması bacarığı.
Təklif olunur:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi;
- Peşəkar inkişaf və karyera imkanları;
- Rəhbərliklə birbaşa işləmə təcrübəsi;
- Korporativ iş mühiti;
- Tibbi xidmətlərdə güzəştlər.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mövzu hissəsində mütləq “Rəhbər köməkçisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.