C Company
  • 888

Company

Digər

Rəhbər köməkçisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Rəhbər köməkçisi

  • Deadline 22 May 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əsas vəzifə və öhdəliklər:

  • Rəhbərin gündəlik iş fəaliyyətinin planlaşdırılması və koordinasiyasının təmin edilməsi;
  • Protokolların, rəsmi yazışmaların və digər kargüzarlıq sənədlərinin hazırlanması;
  • Rəhbər tərəfindən verilən tapşırıqların vaxtında, dəqiq və keyfiyyətli icrasının təmin edilməsi;
  • Görüşlərin təşkili və rəhbərin iş qrafikinin idarə olunması;
  • Ezamiyyətlər və görüşlər zamanı rəhbərin müşayiət olunması;
  • Zəruri hallarda xidməti avtomobilin idarə olunması;
  • Rəhbərin sosial media hesablarının idarə olunması (paylaşımlar, mesajların cavablandırılması və s.);
  • Rəhbərliyin verdiyi digər tapşırıqların icrası.

Namizədə tələblər:

  • Ali və ya orta ixtisas təhsili;
  • Azərbaycan dili – yüksək səviyyədə (rəsmi yazışma bacarığı mütləqdir);
  • Rus dili – yaxşı səviyyədə;
  • Kargüzarlıq və sənədlərlə işləmə üzrə bilik və bacarıqlar;
  • B kateqoriyalı sürücülük vəsiqəsi və aktiv sürücülük təcrübəsi;
  • Ezamiyyətlərə hazır olmaq;
  • Sosial media platformaları ilə işləmə bacarığı;
  • Yüksək məsuliyyət, operativlik və etibarlılıq;
  • Təşkilatçılıq və vaxtın effektiv idarə olunması bacarığı.

Təklif olunur:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi;
  • Peşəkar inkişaf və karyera imkanları;
  • Rəhbərliklə birbaşa işləmə təcrübəsi;
  • Korporativ iş mühiti;
  • Tibbi xidmətlərdə güzəştlər.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mövzu hissəsində mütləq “Rəhbər köməkçisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.

Müraciət edən namizədlərdən yalnız vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

  • Daily0
  • Weekly602
  • Monthly2311