Vəzifə öhdəlikləri:
- Avtonəqliyyat vasitəsinin hər zaman istismara yararlı olmasına nəzarət etmək;
- Avtonəqliyyat vasitəsinin texniki baxışlarının rəhbərlik tərəfindən təsdiq edilmiş cədvələ uyğun olaraq vaxtında keçirilməsini təmin etmək;
- Avtomobili texniki təhlükəsizlik qaydalarına riayət etməklə idarə etmək;
- Avtomobilin texniki vəziyyətini yoxlamaq, xəttə çıxmazdan əvvəl təhvil almaq və qayıtdıqdan sonra təhvil verərək ayrılmış yerə qoymaq;
- Yerinə yetirilən işləri qanunvericiliyin tələblərinə, daxili əmək və intizam qaydalarına uyğun həyata keçirmək;
- Rəhbərliyin verdiyi digər tapşırıqları icra etmək.
Tələblər:
- Rəhbər sürücüsü kimi minimum 3-5 il iş təcrübəsi;
- Yaş həddi: 30-40;
- B kateqoriyalı sürücülük vəsiqəsi (daha yüksək kateqoriyalar üstünlükdür);
- Azərbaycan və Rus dili biliyi yüksək, İngilis dili üstünlükdür;
- Yol hərəkəti qaydalarını mükəmməl bilmək və onlara riayət etmək;
- Texniki biliklərə sahib olmaq, avtomobilin gündəlik texniki vəziyyətini yoxlamaq bacarığı;
- Məsuliyyətli, dəqiq və etibarlı olmaq;
- Yüksək səviyyədə etik davranış və nizam-intizam.
İş şərtləri:
- İş qrafiki 6 günlük (6-cı gün qısaldılmış iş günü);
- Əmək haqqı müsahibə əsasında müəyyən olunacaq