Vəzifə və Öhdəlikləri:
- Şirkətə müraciət edən qonaqları və müştəriləri qarşılayaraq, onlara tələb olunan istiqaməti vermək;
- Telefon zənglərini qəbul etmək, müvafiq şöbələrə yönləndirmək və ya zəruri hallarda ilkin məlumat təqdim etmək;
- Elektron poçt və digər yazışmaları qəbul etmək, cavablandırmaq və aidiyyəti üzrə yönləndirmək;
- Gələn və gedən məktubların, sənədlərin və müraciətlərin qeydiyyatını aparmaq;
- Şirkətə aid məlumatların məxfiliklə saxlanılması və düzgün təqdim olunması
- Müştəri və tərəfdaşlardan daxil olan sorğuların vaxtında cavablandırılmasına nəzarət etmək;
- Ofis ləvazimatlarının mövcudluğunu yoxlamaq, sifarişini təşkil etmək.
Tələblər:
- Ali təhsil;
- Azərbaycan dilində səlis danışıq və yazı bacarığı (rus və ingilis dili bilikləri üstünlükdür)
- Yüksək ünsiyyət qurma bacarığı, etik davranış qaydalarına riayət etmək;
- MS Office və digər ofis proqramlarından istifadə bacarığı;
- Punktual, məsuliyyətli və səliqəli olmaq.
İş şəraiti:
- İş qrafiki: 5 günlük
- İş saatı: 09:00 – 18:00
- İş yeri: Bakı şəhəri, Gənclik m/s yaxınlığı
- Əmək haqqı: 600 Azn net
Mövzü yerinə “Resepşn” yazıb Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.