Resepşn

  • Deadline 16 Noyabr 2026

Təsvir

Resepşn və qonaqların qəbulu

  • Resepşn fəaliyyətini gündəlik idarə etmək və ön masanın nizamlı işini təmin etmək
  • Qonaqları qarşılamaq, ofisə giriş prosesini təşkil etmək və onları aidiyyəti şəxslərə yönləndirmək
  • Gələn zəngləri, sorğuları və ümumi müraciətləri qəbul etmək, aidiyyəti əməkdaşlara ötürmək
  • Görüşləri və qonaq səfərlərini koordinasiya etmək, görüş otaqlarının hazır olmasını təmin etmək

Sənəd, poçt və kuryer işi

  • Ofisə daxil olan və çıxan sənədlərin ilkin qəbulunu və qeydiyyatını aparmaq
  • Kuryer, poçt və sənəd çatdırılmalarının qəbulunu və göndərilməsini təşkil etmək
  • Sənədləri aidiyyəti departamentlərə vaxtında çatdırmaq

​​​​​​​İnzibati dəstək

  • Ofis ləvazimatlarının ehtiyatını izləmək və ehtiyaclar barədə məlumat vermək
  • Qonaqlar üçün ikram xidmətini təşkil etmək
  • Ofis administratorunun və rəhbərliyin inzibati tapşırıqlarına dəstək vermək

Tələblər

  • Ali təhsil (biznes idarəetməsi, menecment və ya əlaqəli sahə üstünlükdür)
  • Ofis administrasiyası, reception və ya sənəd dövriyyəsi sahəsində ən azı 1 il iş təcrübəsi
  • Azərbaycan dilində mükəmməl yazılı və şifahi bilik; ingilis dilində işgüzar səviyyədə ünsiyyət; rus dili bilikləri üstünlükdür
  • MS Office proqramlarından (Word, Excel, Outlook) və Microsoft Teams-dən sərbəst istifadə
  • Kargüzarlıq və işgüzar yazışma qaydalarını bilmək
  • Güclü təşkilatçılıq, prioritetləşdirmə və eyni anda bir neçə tapşırığı idarə etmə bacarığı
  • Diqqətlilik, məsuliyyət və məxfiliyə riayət
  • Peşəkar görünüş, xoş ünsiyyət və müştəri yönümlü yanaşma

Vakansiya növü - Tam ştat

İmtiyazlar

  • Könüllü tibbi sığorta
  • Parking və yanacaq xərcləri
  • Korporativ nömrə
  • Korporativ telefon

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily40
  • Weekly483
  • Monthly1336