Təsvir
Resepşn və qonaqların qəbulu
- Resepşn fəaliyyətini gündəlik idarə etmək və ön masanın nizamlı işini təmin etmək
- Qonaqları qarşılamaq, ofisə giriş prosesini təşkil etmək və onları aidiyyəti şəxslərə yönləndirmək
- Gələn zəngləri, sorğuları və ümumi müraciətləri qəbul etmək, aidiyyəti əməkdaşlara ötürmək
- Görüşləri və qonaq səfərlərini koordinasiya etmək, görüş otaqlarının hazır olmasını təmin etmək
Sənəd, poçt və kuryer işi
- Ofisə daxil olan və çıxan sənədlərin ilkin qəbulunu və qeydiyyatını aparmaq
- Kuryer, poçt və sənəd çatdırılmalarının qəbulunu və göndərilməsini təşkil etmək
- Sənədləri aidiyyəti departamentlərə vaxtında çatdırmaq
İnzibati dəstək
- Ofis ləvazimatlarının ehtiyatını izləmək və ehtiyaclar barədə məlumat vermək
- Qonaqlar üçün ikram xidmətini təşkil etmək
- Ofis administratorunun və rəhbərliyin inzibati tapşırıqlarına dəstək vermək
Tələblər
- Ali təhsil (biznes idarəetməsi, menecment və ya əlaqəli sahə üstünlükdür)
- Ofis administrasiyası, reception və ya sənəd dövriyyəsi sahəsində ən azı 1 il iş təcrübəsi
- Azərbaycan dilində mükəmməl yazılı və şifahi bilik; ingilis dilində işgüzar səviyyədə ünsiyyət; rus dili bilikləri üstünlükdür
- MS Office proqramlarından (Word, Excel, Outlook) və Microsoft Teams-dən sərbəst istifadə
- Kargüzarlıq və işgüzar yazışma qaydalarını bilmək
- Güclü təşkilatçılıq, prioritetləşdirmə və eyni anda bir neçə tapşırığı idarə etmə bacarığı
- Diqqətlilik, məsuliyyət və məxfiliyə riayət
- Peşəkar görünüş, xoş ünsiyyət və müştəri yönümlü yanaşma
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Könüllü tibbi sığorta
- Parking və yanacaq xərcləri
- Korporativ nömrə
- Korporativ telefon
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.