Retail / Mağaza Dizayneri (Freelance)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Retail / Mağaza Dizayneri (Freelance)

  • Deadline 19 Oktyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Qida sektorunda fəaliyyət göstərən şirkət dondurma və donmuş məhsulların satışı üzrə ixtisaslaşmış mağaza konsepsiyası üçün uzunmüddətli əməkdaşlıq edəcək retail dizayner axtarır. Layihə müxtəlif ölçülü, orta hesabla 50–60 kv.m sahələrdə funksional və səliqəli satış məkanlarının planlaşdırılmasını əhatə edir.

Vəzifə öhdəlikləri:

  • 50–60 kv.m ölçülü satış sahələri üçün planlaşdırma və interyer dizayn həlləri hazırlamaq.
  • Soyuducu avadanlıqlarının (sandıq, şkaf, vitrin tipli) tipinə, ölçüsünə və sayına görə optimal yerləşməni planlaşdırmaq.
  • Məhsul kateqoriyalarına görə yerləşmə sxemi (planoqram) və müştəri hərəkət axınını qurmaq.
  • Hər sahənin ölçüsünə uyğun adaptasiya olunan vahid mağaza konsepsiyası və standartı yaratmaq.
  • 2D planlar, 3D vizuallar və icra üçün texniki çertyojlar hazırlamaq.
  • Kassa zonası, rəflər, işıqlandırma, fasad və brend elementlərinin yerləşdirilməsi üzrə həllər vermək.
  • Tikinti/təmir komandası ilə texniki uyğunlaşdırma üzrə əməkdaşlıq etmək.

Tələblər:

  • Retail, market və ya kommersiya interyer dizaynı sahəsində minimum 2 il təcrübə.
  • AutoCAD və 3ds Max / SketchUp proqramlarını yüksək səviyyədə bilmək (Corona, V-Ray və ya Enscape ilə vizualizasiya).
  • Kiçik sahələrdə funksional planlaşdırma bacarığı.
  • Planoqram və satış məkanında müştəri axını prinsiplərini bilmək.
  • Texniki çertyoj və icra sənədlərinin hazırlanması təcrübəsi.
  • Portfolio təqdim etmək (məcburi, retail/market layihələri ilə).

Üstünlük hesab olunur:

  • Soyuducu avadanlıqlı mağaza, supermarket və ya qida satış məntəqəsi layihələrində təcrübə.
  • Şəbəkə mağazaları üçün vahid konsepsiya və standart hazırlama təcrübəsi.
  • Kommersiya avadanlıqlarının texniki tələbləri (elektrik yükü, ventilyasiya, məsafələr) haqqında bilik.
  • Revit bilikləri.

İş şəraiti:

  • Əməkdaşlıq forması: freelance, minimum 1 il.
  • Ödəniş: razılaşma əsasında.
  • Konfidensiallıq müqaviləsinin (NDA) imzalanması tələb olunur.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Namizədlər CV və portfolio linkini göndərməlidir.

Əlaqə 0997021994

  • Daily13
  • Weekly634
  • Monthly1725